Əsas Səhifə > Manşet / Siyasət > 44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlarDünən, 04:06 |
44 günlük Vətən müharibəsində iştirak etmiş Kənan Qasımov bildirir ki, Şuşa istiqamətində gedən döyüşlər zamanı düşmən artilleriyasından açılan atəş nəticəsində ağır yaralanıb. "DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, partlayış nəticəsində bədəninin sağ tərəfi iflic olub və o, qapalı kəllə-beyin travması alıb. 4 ildir ki, səhhətində yaranmış problemlərlə bağlı müxtəlif xəstəxanalarda müalicə alsa da, səhhətindəki problem hələ də davam edir, iş qabiliyyəti demək olar ki, yoxdur. Kənan Qasımov bildirir ki, əlillik statusu almaq üçün dəfələrlə müraciət edib, hər müraciətində rədd cavabı alıb, lakın hansı səbəbdən rədd etdikləri göstərilmir. Vətəndaş ona qarşı qərəzli şəkildə ədalətsizlik edildiyini iddia edir və elə bu səbəbdən Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirir. O, ona qarşı biganə münasibətə son qoyulmasını və haqq etdiyi əlillik statusunun tanınmasını tələb edir. Geri qayıt |