Əsas Səhifə > Manşet / Siyasət > Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir?
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir?Bu gün, 06:25 |
Masallı rayon, Qədirli kənd sakini Əmiraslanov Amin Qəribəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edir: "Cənab nazir! Bildirim ki, 06.07.2015-ci il tarixdən 02.01.2017-ci il tarixədək N saylı hərbi hissədə əsgər olmuşam. 29.09.2020-ci il tarixdən 09.01.2021-ci il tarixədək könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etmişəm. 25.03.2021-ci il tarixdən 29.05.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. Müqaviləmi bitirib, ehtiyata buraxılmışam. Dəfələrlə nazirliyə sikayət etməyimə baxmayaraq, hələ də "forma pulu"mu ala bilmirəm. 1 il 6 ay dəfələrlə qaynar xətlə əlaqə saxlamışam, lakin müsbət cavab yoxdur. 1 il 6 aydır ki, Quru Qoşunlarında da 20 nəfərə yaxın insan paltar pulunu ala bilmir. Verdikləri cavab isə budur ki, “səhvlik var idi, yenidən yazılıb nazirliyə göndərilib”. 1 il 6 aydır səhv düzəlmir? Cənab nazir! Xahiş edirəm, bu məsələni diqqətdə saxlayasınız". Geri qayıt |