Əsas Səhifə > Manşet / Gündəm > `Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR...

`Azəriqaz`da AÇIQ QARƏT: rayonbarayon FAKTLAR...


Bu gün, 08:21

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı NHMT-nin ekspertinə istinadla olduqca ilginc faktları ictimailəşdirib. Bəri başdan qeyd edirik ki, əslində hüquqi araşdırması vacib olan bu faktlara gərəkən qiymət həm də dövlət marağı baxımından vacibdir. Amma görünəni odur ki, bunda - yəni dövlətin sərvətinin talan yolu ilə mənimsənilməsinin ifşasında kimsə maraqlı deyil.
Biz isə NHMT sədrinin məlum açıqlamasını "DİA-AZ" olaraq təqdim edirik... araşdırılacağı ümidi ilə
Beləliklə, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı NHMT ekspertinə istinadla yazır:
"Statistikaya nəzər saldıqda bu qənaətə gəlmək olar ki, ixtisar çilingərlər üçün deyil , qazı havaya "ucuran" rəis, baş mühəndislər üçün olunmalidir !
-5 aylıq qazin qəbulu, 4 666 936 080 m3 (dörd milyard altı yüz altmış altı milyon doqquz yüz otuz altı min səksən m3)
-Qazın satışı 4 212 758 974 m3 (dörd milyard iki yüz on iki milyon yeddi yüz əlli səkkiz min doqquz yüz yetmiş dörd m3 )
-✅Qazın itkisi 454 177 106 m3 (dörd yüz əlli dörd milyon bir yüz yetmiş yeddi min bir yüz altı m3)
-Qaz itkisisin böyük bir qismi Bakı şəhəri və Sumqayıt, ərazisinə aidiir .Bu ərazilərdə 2025-ci ilin 5 ay müddətində 269100359 m3 (iki yüz altmış doqquz milyon bir yüz min üç yüz əlli doqquz m3)
-Xacmaz rayonu, 9370854 m3 (doqquz milyon üç yüz yetmiş min səkkiz yüz əlli dörd m3)
-Göycay rayonu, 8859351 m3 (səkkiz milyon səkkiz yüz əlli doqquz min üç yüz əlli bir m3)
-Masallı rayonu. 8838053 m3 (səkkiz milyon səkkiz yüz otuz səkkiz min əlli üç m3)
-Lənkəran şəhəri 8195928 m3 (səkkiz milyon bir yüz doxsan beş min doqquz yüz iyirmi səkkiz m3)..."
Məsələ diqqətimizdədir...

Geri qayıt