Əsas Səhifə > Manşet / Gündəm > Rafail Quliyevin BARAMA YEYİNTİSİ

Rafail Quliyevin BARAMA YEYİNTİSİ


Bu gün, 08:16

Bu il Naxçıvanda 2 tona yaxın yaş barama istehsal edilib ki, bu da Zərdab rayonundan sonra Azərbaycanda ikinci yüksək nəticədir. Bu haqda yerli Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. İstehsal olunan baramanın 630 kilosu Babək rayonunun payına düşür.
Nazirlikdən verilən məlumata görə, dövlət dəstəyi hesabına baramaları yerli kümçülər yetişdirib və onlara subsidiyalar verilib.
Bu günlərdə “Gündəlik Naxçıvan”a şikayət edən yerli icra nümayəndələri isə, bu məlumatın əksini iddia edirdilər. Nümayəndələr bildirirdilər ki, icra hakimiyyətləri onları baramaları öz vəsaitləri hesabına yetişdirməyə məcbur edirlər.
Ayrılan subsidiya isə, nazirliklə icra hakimiyyətləri arasında bölüşdürülür. Onların digər iddiasına görə, Naxçıvanda barama biznesinə yerli kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova nəzarət edir.
"DİA-AZ" xatırladır ki, Naxçıvanda hazırda Kənd Təsərrüfatı Naziri postunu Rafail Quliyev tutur və o bu vəzifəyə 30 may tarixində təyin olunub. Hər halda, kimsə bütün bu özbaşnıalıqların Rafail Quliyevdən xəbərsiz baş verdiyini iddia edə bilməz...

Geri qayıt