Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Hələ də ötən ayın əməkhaqqı ödənilməyib...

Hələ də ötən ayın əməkhaqqı ödənilməyib...


Bu gün, 12:44

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) əməkdaşları maaşlarının verilməməsindən şikayətçidirlər.

Yenicag.az xəbər verir ki, onlar bu barədə sosial şəbəkədə məlumat yayıblar.

İşçilər qeyd ediblər ki, hələ də ötən ayın əməkhaqqı ödənilməyib. Bildirilib ki, bu, indiyədək müşahidə olunmayan haldır.

Onların sözlərinə görə, maaşların gecikməsi xəstəxananın sabiq direktorunun vəzifədən uzaqlaşdırılmasından sonra aparılan maliyyə yoxlamaları ilə əlaqələndirilir.


Geri qayıt