Əsas Səhifə > Manşet / Reklam / Güney Press > Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb...
Rabitəsi keyfiyyətsiz olan AZERCELL-in özü ilə də əlaqə müşkülə dönüb...Dünən, 08:54 |
"Hörmətli Azercell nümayəndələri, mən uzun illərdir Azercell abunəçisi olaraq xidmətlərinizdən istifadə edirəm. Lakin son dövrlər Quba rayonu Dəvədabanı massivində yerləşən ərazidə mobil şəbəkə ilə bağlı ciddi problemlərlə üzləşirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Belə ki, qeyd etdiyim ərazidə demək olar ki, mobil siqnal tamamilə yox səviyyəsindədir. Zəng etmək, zəng qəbul etmək, SMS göndərmək və ya mobil internetdən istifadə etmək ya mümkün deyil, ya da çox çətinliklə baş tutur. Bu isə gündəlik fəaliyyətimə, işgüzar əlaqələrimə və şəxsi təhlükəsizliyimə mənfi təsir göstərir.
Ərazidə mobil siqnal gücləndirici cihaz istifadə etmə imkanım olsa da, bu problemi fərdi şəkildə deyil, operator səviyyəsində həll etmək daha məqsədəuyğundur. Bu səbəbdən sizdən xahiş edirəm ki, qeyd etdiyim ünvanda şəbəkə keyfiyyətinin yoxlanılması və mümkün həll yollarının tətbiq olunması üçün texniki heyətinizin əraziyə baxış keçirməsini təmin edəsiniz.
Əminəm ki, Azercell abunəçilərinin rahatlığı və xidmətdən məmnuniyyəti sizin üçün əsas prioritetlərdəndir və bu problemə də diqqətlə yanaşılacaq.
Cavabınızı və problemin həlli ilə bağlı atılacaq addımları səbirsizliklə gözləyirəm.
Əvvəlcədən təşəkkür edirəm.
P.S. web saytınız işləmir,operatorlar sadəcə "aidiyyəti qurumlar"a çatdıracağını qeyd edirlər, olduğum ərazidə şəbəkə olmadığı üçün tətbiqə sms vasitəsilə daxil ola bilmirəm..."
Geri qayıt |