Əsas Səhifə > Manşet / Sosial > "Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?"

"Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?"


Bu gün, 09:04

Yenə də SOCAR... Yenə də İnsan Resursları Departamenti... və yenə də ABSURD TƏLƏBLƏR... "DİA-AZ" xəbər verir ki, son günlər məhz bu nüanslarla diqqətə gələn SOCAR İRD yenə də heyrətləndirməyə davam edir. Bu barədə növbəti faktı ictimailəşdirən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı neftçilərdən birinin müraciətini təqdim edərək, əlaqədar qurum və şəxslərdən izahat tələb edib.

Beləliklə, neft işçisi yazır:

"Hörmətli Mirvari xanım, sizə skrinşotlarla təqdim etdiyim, hazirda SOCAR İRD-nin portalinda elana çıxarılmiş 5-ci dərəcəli neft-qaz çıxarma operatoru vakansiyasının tələblərinə dair bəzi suallara aydınlıq gətirilməsi üçün öz "facebook" səhifənizdə buna şərait yaratmağınızı xahiş edirəm. Çünki burada müəyyən uyğunsuzluqlar mövcuddur. Vakansiyanın bəzi məlumat və tələblərini ardıcıllıqla qeyd edək:

1) Vakansiya Neft Daşlari İşçiləri üçün nəzərdə tutulub.
2) Vəzifə öhdəlikləri (funksiyalar) bölməsində
"Sadə və orta mürəkkəblikdə olan müvafiq qurğu, cihaz və avadanlıqların quraşdırılması və sökülməsi işində RƏHBƏRLİK etmək" cümləsi yazilib.
3) Tələb edilən iş staji yoxdur (ən maraqli hissə).
4) 4-cü dərəcəli neft qaz çixarma operatorunun vəzifə təlimatinda isə yazilib ki: O daha yüksək ixtisasli operatorun rəhbərliyi altinda sairə işlərdə iştirak etməlidir.
İndi isə gəlin bu istehsalat mənzərəsini təsəvvür edək: Deməli, bu vakansiya elana çixdiqdan sonra idarənin hansisa sexində çalişan və müvafiq orta ixtisas təhsili olan bir işçi ( məsələn: bir xarrat, bir dülgər və s) həmin vakansiyaya müraciət edir, nəzəri cəhətdən yaxşica hazirlaşir və imtahan sullarini cavablandiraraq həmin vakansiyanin qalibi olur. Təbriklər! Əla, gözəl! Təyinat alir aidiyyəti sahəyə və vəzifə funksiyasini icra etməyə başlayir.
Burada bizim möhtərəm cənablara sual yaranir:
-Bu işçi ömründə neft quyusu, aqreqat, hava kompressoru, və s. ilə işləməyə-işləməyə bu necə o işləri təhlükəsiz və effektiv icra edəcək və özü hec, hələ özundən əlavə tabeçiliyində olan qat-qat illərin təcrübəsinə malik olan, hətta 12-ci dərəcəli n-q çixarma ustasinin işini sərbəst apara bilən o yaziq, o binəva 4-cü dərəcəli operatora da rəhbərlik edəcək? Bu nə qədər absurd, bu nə qədər anormal , bu nə qədər qeyri - peşəkar bir yanaşmadır?
Mən özüm bir necə dəfə dərəcə kurslarinda olmuşam və oradan da bilinir ki, dərs proqraminda fontan və qazlift quyulari barədə vəsait çox zəif səviyyədədir. Əsas nefti verən bu iki üsul olsa da nədənsə dərslərdə və imtahan suallarinda ancaq gücü verirlər mancanaq dəzgahlarina. Sonra da mancanaq mütəxəssisləri gəlir dənizdə kompressor quyulari ilə rastlaşanda ças-baş qalirlar ki bu nədir. İnsan Resurslari Departamentində bəlkə də elə bilirlər neft-qaz çixarma operatoru xarici şirkətlərdəki kimi oturur kompyuter pultunun arxasinda və kabinet şəraitində düymələrə basaraq işləyir? Xeyr!
Neft qaz çixarma operatorlari elə mürəkkəb və təhlükəli iş şəraitində işləyir ki, o barədə hec bir dəftər kitabda və standartlarda yazilmayib. Bu çox məsuliyyətli və xüsusi biliklər tələb edən peşədir, nəzərə alsaq ki, söhbət sutkaliq debiti 30-50-80 tonluq neft quyulari ilə işləməkdən gedir. Buna gorə də bu işdə işləmək üçün peşə təcrübəsi mütləq olmalidir, cənablar! Bu söhbət yenə də gəlir dəvəni eşşəyin quyruğuna bağlayan ərəbin misalina çixir.
Yenə də özünüz bilərsiniz, neynirsiz edin. Onsuz da sizlərə qanun-qayda, təklif və s. ümumi işin xeyrinə olan sözlər dedikdə siz onu başqa cür başa düşürsünüz.
"Ən yaxşi işə qəbul təcrübəsi" və s. üzrə nominasiyalar üzrə keçirilən korporativ tədbirlərdən savayi yaxşi olar yuxarida qeyd olunan məsələlərə də diqqət ayrılsın..."

Geri qayıt