Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvanda ƏSRİN MƏHKƏMƏSİ...
Naxçıvanda ƏSRİN MƏHKƏMƏSİ...Bu gün, 10:44 |
Bu gün Kəngərli rayon Məhkəməsində rüşvətxor hakimlərin tənqidçisi kimi tanınan Kərim Seyidzadəyə qarşı iddi ilə bağlı növbəti proses keçiriləcək. Ondan şikayət edən isə, Naxçıvan şəhər Məhkəməsinin baş hakimi Gülnar Səfərəliyevadır. Baş hakim öz şikayət ərizəsində bildirir ki, Kərim Seyidzadə „iş verən hakim, rüşvətxor” deməklə, onu təhqir edib.
Şikayət işinə siyasi sifarişlərin icraçısı kimi tanınan hakim Zülfiqar Əhmədov baxacaq.
Gülnar Səfərəliyeva Kərim Seyidzadənin onu təhqir etməsi iddiası ilə əvvəlcə özünün baş hakim olduğu Naxçıvan şəhər məhkəməsinə müraciət etmişdi. Bu məsələ ictimailəşdikdən sonra yerli Ali Məhkəmə işə qarışaraq, şikayətin onun baş hakim olduğu yox, başqa məhkəmədə baxılmalı olduğu qərarına gəlmişdi.
Kərim Seyidzadə isə bu ittihamları rədd edərək, məhkəmə sədrinin ondan qisas almaq istədiyini bildirir. O, məhkəmədə baş verən haqsızlıqları ictimailəşdirdiyini və bu səbəbdən sədrlik etdiyi məhkəmənin tənqid edilməsindən narahat olan Gülnar Səfəralıyevanın onu cəzalandırmağa çalışdığını deyir.
Bundan əvvəl, həmin məhkəmənin digər hakimi Qabil Məmmədov da Kərim Seyidzadəni eyni ittihamal məhkəməyə vermişdi. Həmin vaxt, Gülnar Səfəralıyevanın sədrliyi ilə baş tutan məhkəmə, Kərim Seyidzadəyə 300 saat icbari iş kəsmişdi. Bu hökmü ədalətsiz hesab edən Kərim Seyidzadə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi. Daha sonra, Kərim Seyidzadə məhkəmə sədrini sərt tənqid etməyə başladı və bunu mətbuat vasitəsilə ictimailəşdirdi.
"Gündəlik Naxçıvan"
Geri qayıt |