Əsas Səhifə > Manşet / Gündəm > `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx”
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx”Bu gün, 08:41 |
NHMT sədri "“Xoşun gəlmirsə, ərizəni yazıb çıx” kimi təzyiq xarakterli ifadələrlə qarşılaşdım -niyə? idarə dədənizdən miras qalıb ki.." "Üzərində heç nə yazılmamış bir vərəqə ad-soyad yazaraq imza atmağımız tələb olundu - bu saxtakarlıq deyil ki..." deyə aktual suallarla Təlatüm Əfruzzadə adlı "Azəriqaz" əməkdaşının başına gələnləri də təqdim edib: "Mən SOCAR Azəriqaz İB 10-cu dərəcəli mühəndis və eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Qaz Qurğuları Mühəndisliyi ixtisası üzrə yüksək nəticələrlə məzun olmuş, daim peşəkar inkişafı qarşısına məqsəd qoymuş bir gənc kadram.
Son zamanlar Birlik daxilində aparılan struktur dəyişikliyi çərçivəsində keçirilən imtahanda maksimum nəticə – 40 bal toplayaraq bilik və səriştəmi bir daha sübut etdim. Bizə bildirilmişdi ki, bu proses nəticəsində əməkdaşların dərəcə və mövqelərində dəyişikliklər olacaq və bu zaman ixtisas uyğunluğu, iş təcrübəsi, rəhbərlik qiymətləndirməsi və digər obyektiv meyarlar nəzərə alınacaq.
Təəssüflə qeyd etməliyəm ki, bu vədlər reallıqda öz əksini tapmadı. İmtahanda uğurla iştirak etməyimə və ixtisasımın işimlə tam uyğun olmasına baxmayaraq, şəxsi münasibətlərə və kreslo arxasında formalaşmış maraqlara söykənən yanaşma nəticəsində mən və mənim kimi bir çox əməkdaş haqsızlığa məruz qaldıq. Qiymətləndirmə obyektiv nəticələrə deyil, tanışlıqlara əsaslanaraq aparılmış, bu da gənc və peşəkar kadrların ruhdan düşməsinə səbəb olmuşdur.
Məsələ ilə bağlı Azəriqaz İB bir neçə məsul şəxsə müraciət etdim. Cavab olaraq bildirildi ki, bu dəyişikliklər SOCAR səviyyəsində həyata keçirilib və ümumilikdə dərəcələrin aşağı salınması qərara alınıb. Əgər bu qərar əvvəlcədən məlum idisə, yüzlərlə əməkdaşın imtahan prosesinə cəlb olunması, ümidləndirilərək dəyərləndiriləcəyinin vəd edilməsi hansı məqsədə xidmət edirdi? Bu sualı verdikdə isə aydın cavab əvəzinə
![]() Bütün bunlarla yanaşı, bir vacib məsələni də qeyd etmək istərdim. Azəriqaz İB işə qəbul zamanı bizə dərəcələrin "9-cu dərəcədən başlayacağı" bildirildi. Lakin heç bir rəsmi yazılı sənəd təqdim olunmadan,
![]() Bu və bu kimi hallar göstərir ki, struktur dəyişikliyi adı altında tətbiq olunan siyasət, şəffaflıq və ədalət prinsiplərindən uzaq, inamı sarsıdan və əməkdaşların motivasiyasını zəiflədən bir mexanizmə çevrilmişdir.
![]() Əgər bu sistemdə nəyisə dəyişmək istəyiriksə, ilk addım onu səsləndirmək və mübarizə aparmaqdır.
Sizə müraciət etməklə yanaşı, bu məsələ üzrə Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatına da rəsmi qaydada müraciət ünvanlamaq niyyətindəyəm. Çünki hesab edirəm ki, burada təkcə işəgötürmə və dərəcə məsələləri deyil, həm də əmək hüquqlarının sistematik şəkildə pozulması müşahidə olunur.
Ümidvaram ki, bu müraciət diqqətdən kənarda qalmayacaq, məsələ obyektiv araşdırılacaq və gənc mütəxəssislərin səsini eşidən, hüquqlarını müdafiə edən bir yanaşma ilə qarşılaşacağıq..."
Geri qayıt |