Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > “Məni şərləyib işdən çıxarmaq istəyirlər”
“Məni şərləyib işdən çıxarmaq istəyirlər”Bu gün, 16:59 |
Bakupost.az xəbər verir ki, onun iddiasına görə, kollecin direktoru Sevinc Həmzəyeva saytlarda yayımlanan korrupsiya və vəzifədən sui-istifadə iddialarının Aynur Muradova tərəfindən sızdırıldığını əsas gətirərək onu kollektiv qarşısında hədəf halına gətirib.
Aynur Muradova iddia edir ki, artıq uzun müddətdir kollektiv içində təcrid olunub:
“Üç ildir ki, çalışdığım yerdə təklənirəm. Pedaqoji Şuranı şəxsi iclaslarına çeviriblər. Direktor və müavinləri məni təhqir edirlər. Bütün sübutlar ört-basdır edilir. Bunun da arxasında duran İqtisad Universitetinin rektoru Ədalət Muradov və prorektor Şahin Əsgərovdur. Elm və Təhsil Nazirliyinə şikayət etdim, yoxlamalar gəldi, amma yenə sübutların üstü örtüldü. Nizami rayon Prokurorluğunun müstəntiqi Turqut Bayramlı da saxta qərarlar çıxardıb, onu da araşdırmaya vermişəm. Kollecdə məni şərləyərək işdən çıxartmağa çalışırlar.”
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək üçün Qida Sənayesi Kollecinin direktoru Sevin Həmzəyeva ilə əlaqə saxladıq. Sevinc Həmzəyeva Bakupost.az -a acıqlamasında iddiaları təkzib etdi:
“Pedaqoji Şuranın iclası bitdikdən sonra kollektivə uğurlar arzuladım. Bildirdim ki, diqqətinizi kollektivdə mehribanlığa, işə yönəldin. Çünki bir həftə öncə Aynur Muradova mənim şəxsim və kolleclə bağlı bəzi reket saytlarda xoşagəlməz yazılar paylaşmışdı. Özü bunu inkar etsə də, həmin saytlar şifahi şəkildə onun adını dedilər. Bu məsələ də kollektivi hədsiz narahat edib.
Mənim tövsiyə xarakterli çıxışım zamanı Aynur xanım söz istədi, dedim, buyurun. O, ayağa qaxdı və bu yazıları yazan saytları müdafiə edərək bildirdi ki, “əsaslı olmasa, düzgün olmasa, saytlar paylaşmaz”. Belə bir müdafiə xarakterli çıxış edəndə mən sual verdim ki, Aynur xanım, siz bizim kollektivin əməkdaşısınız, yoxsa düşmənisiniz?! Yəni, biz hər birimiz bilirik ki, o yalandır və bütün kollektiv yazıların yalan olduğunu bildirir. O isə cavabında qeyd etdi ki, həmin xəbərlər doğrudur, əgər narazılığınız varsa, məhkəməyə verə bilərsiniz. Mən də məhkəməyə müraciət edəcəyimi dedim. Hətta dedim ki, “siz bizim hüquqşünasımızsınız, siz də kolleci müdafiə edərsiniz, yəni bu işlərlə siz maraqlanırsınız.
Yəni, ümumiyyətlə bu söz-söhbətin yaranma səbəbkarı birinci özü oldu. Amma orada onu heç kəs nə təhqir etmədi, nə təhdid etmədi. Sonra Aynur xanım özünə təcili tibbi yardım çağırdı. Hətta gələn həkimlərlə də hədə-qorxu dili ilə danışdı. Həmin vaxt Həmkarlar İttifaqı sədri otağına gedib ki, vəziyyətini soruşsun, ona da hədə-qorxu gəlib ki, sizi məhkəməyə verəcəm. Sonra otağında canlı yayım açaraq, iş saatında çəkiliş edib.
Biz artıq onu məhkəməyə verəcəyik, çünki bütün kollektivin əmək fəaliyyətinə mane olur, işgüzar nüfuzumuza xələl gətirir. Yəni, adam kollektivdə heç kimlə yola getmir.
Aynur xanım bizim kollektivə şər atır ki, imtahanda rüşvət var. Bizim kollecin 1300-ə yaxın tələbəsi var. 1300 tələbə, 1300 ailə deməkdir. Yəni, elə bir şey olduğu halda, sosial mediada onun çıxışına heç olmasa, bir tələbə dəstək verər, yazar ki, bəli, var, doğru deyir. Heç bir zaman, heç kəs deyə bilməz ki, bu kollecdə qanun pozuntusu var, hər hansı bir korrupsiya əməli var. Qətiyyən, belə bir şey yoxdur.
Buna baxmayaraq, Aynur Muradova bizim kolleci, kollektivi belə mövzularda ittiham edir, saytlarda yazı yazdırır. Bu da zamanla bizim qəbul prosesimizə də təsir edə bilər.”
Geri qayıt |