Əsas Səhifə > Manşet / Sosial > `İrşad Telekom` müştərisinə ÇİLƏ YAŞADIR...

`İrşad Telekom` müştərisinə ÇİLƏ YAŞADIR...


Dünən, 09:47

"Şikayətim "İrşad Telekom"la bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elçin Dadasov adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir:

"Telefon almışam, aldığım gündən problemi var. 12 gün sonra geri qaytaranda dedilər "antiudar"lıqdı... "Antiudarlıq" çıxardandan sonra yenə həmin problemlər baş verdi. Hətta problem artdı... Barmaq izi də işləmədi.

Yeniden servisə apardım, servis "proqram teminatindandır" dedi və düzəldiyini bildirdi. Telefonu götürmək istəmədim, dedi ki bir də bu hal baş verərsə, 1-2 günə həll edəcəyik, sadəcə olaraq bu hal baş verəndə görüntüyə al.

Bir neçə gündən sonra yenə həmin probləmlər oldu, videonu da özlərinə göstərdim. 1 aya yaxındır telefonsuz qalmısam. İndi de mənə pulu geri qaytarmamaq üçün "korpusda əyrilik var, ondan ola bilər" deyirlər problem...

Şikayət etsəm də hələ də mənə geri dönüş etməyiblər. Kreditin vaxtı gəlib çatır... mənə deyəcəklər ki krediti ödə, yoxsa gecikməyə düşəcək..."


Geri qayıt