Əsas Səhifə > Manşet / Cəmiyyət > "Nazir yığılan pullara ortaqdır..."

"Nazir yığılan pullara ortaqdır..."


Dünən, 11:11

Naxçıvan Respublika Xəstəxanasının laboratoriyasının fəaliyyəti dərman çatışmazlığı bəhanəsiylə dayandırılıb. Laboratoriyanı bağlamaqda əsas məqsəd isə, xəstələri özəl klinikalarda pullu analiz verməyə məcbur etməkdir. Bu fırıldaqda yerli səhiyyə nazirliyi ilə klinikaların əlbir olduğu bildirilir: klinikalar bu yolla qazandıqları pulun yarısını nazir Samiq Sadıxova çatdırırlar.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup həkim məlumat verib.
Respublika Xəstəxanasının adının çəkilməsini istəməyən həkimlərindən biri deyir ki, laboratoriyanın işləməməsi onları da çətin vəziyyətə salır:
“Bizdə xərcləri sığorta qarşılayır deyə, xəstələr yüngülvari ödəniş etməklə, analizlər verə bilirdilər. İndi onlar analiz üçün məcburi özəl klinikalara getməlidirlər. Burada normal analiz vermək üçün 100-150 manat xərc çıxır. Xəstələrimizin çoxu imkanlıqsıdan analiz verə bilmirlər. Belə olanda da biz normal müalicə apara bilmirik. İnsanlar ölümlə üzbəüz qalırlar. Nazirlik bizim laboratoriyanı dərmanlarla təchiz etmir. Yalandan deyirlər ki, dərman yoxdur. Biz onların məqsədini bilirik. Özəl klinikalarla əlbir olub, nsanların həyatı ilə oynayıb, pul qazanırlar.”
Xəsətəxanaya müalicə üçün gedən yerli sakin Sahib Quliyev də özəl klinikaya yönləndirildiyini deyir:
“Respublika Xəstəxanasına getdim, həkim analiz verməli olduğumu bildirdi. Sonra dedilər ki, bizim laboratoriya bağlanıb, get özəl klinikaların birinə. Getdim, 200 manat istədilər. Halbuki, eyni analizlərə görə 6 ay öncə Respublika Xəstəxanasında 50 manat xərcim çıxmışdı. Vəziyyətim ağır idi deyə, borc tapıb, alnalizləri verdim.
Səhiyyə naziri dəyişəndə sevindik ki, səhiyyədə inkişaf olacaq, neqativ hallar aradan qaldırılacaq. Lakin əksinə oldu. Yerli hakimiyyətə yaxın adamlar özəl xəstəxanalar açmağa başladı. Bu səbəbdən də dövlət xəstəxanalarını iflic edirlər. Çünki, özəldə insanlar məcbur olaraq müalicə və müayinə üçün istənilən məbləği ödəməyə məcbur olurlar.”

Geri qayıt