Əsas Səhifə > Manşet / Gündəm > SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ...
SOCAR-da QANUNAZİDD KADR SİYASƏTİ...Bu gün, 08:35 |
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə SOCAR işçilərinin üz-üzə qaldığı bir porblemə diqqətləri çəkib. "Neftçi soruşur..." başlığı ilə təqdim etdiyi açıqlamasında NHMT sədri SOCAR Baş Ofisi, Azneft İB və Dövlət Əmək Müfəttişliyi Xidmətinə xitab edərək, verilən suallara aydınlıq gətirliməsini tələb edir. "DİA-AZ" olaraq həmin sualları təqdim edirik:
"SOCAR-da təhsil ixtisası fəaliyyət istiqaməti üzrə uyğun olan ali və orta ixtisas təhsilli fəhlələrin mühəndisliyə sistemli şəkildə hazırlanması, şirkətə daha səriştəli mühəndislərin yetişdirilməsi və mühəndis vakansiyalarının daxili namizədlər hesabina effektiv şəkildə komplektləşdirilməsi məqsədilə Mühəndis İnkişaf Proqramının (MİP) fəhlədən mühəndisə metodikasının həyata keçirilməsi tədbirini alqışlayırıq.
Amma həmin proqramın tələblərində "potensial namizədlərə" aydın olmayan bəzi məqamlar var:
- Əmək müqaviləsində nəzərdə tutulan hansı konkret şərtdən gedir söhbət?
- Keçid balını toplaya bilməyən iştirakçı əvvəlki peşəyə, bu mümkün olmadıqda anoloji digər peşəyə, bəs anoloji digər peşəyə də imkan olmasa, işçinin taleyi necə olacaq?
- Əgər məqsəd həqiqətən işçilərin karyera inkişafına yönəlibsə, onda nəyə görə şərtlər bu qədər riskli və müəmmalıdır?
-Qırmızı çərçivəyə alınmış şərt Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansı maddəsinə əsaslanır?
-Bu proqramın şərtlərini kim və hansı normativ hüquqi aktlara uyğun tərtib edib bilinmir, amma bu proqram işçilərin karyera yüksəlişindən daha çox sürətli karyera enişinə hesablanmiş kimi görünür.
-Ümumiyyətlə bu tələblər artiq Azərbaycan Respublikasının neft sənayesi sahəsinə aid olan qulluqçu vəzifələrinin
Tarif İxtisas Sorğu Kitabçasında varsa bu MİP-na nə ehtiyac var?
- VTİSK-in neft sənayesində olan qulluqçulari üçün nəzərdə tutulmuş tələblərdə MİP barədə hardasa nəisə qeyd olunubmu?
Geri qayıt |