Əsas Səhifə > Manşet / Güney Press > “İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib
“İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdiribBu gün, 14:48 |
Bərdə rayon sakini Ə. Mehdiyeva (ad şərtidir) "İrşad" Mağazasından şikayətçidir… Şikayətçi bildirir ki, “İrşad Electronics” şirkətinin Bərdə filialı ona xarab məhsul satıb, üstəlik nağd pula alınan həmin məhsul başqa şəxsin adına rəsmiləşdirilib. Şikayətçi qeyd edir ki, “İrşad”ın qaynar xəttinə - *0171 nömrəsinə zəng etdikdən sonra şirkət tozsoranı təmir üçün məndən təhvil alıb. "10-15 gün sonra mənə dedilər ki məhsulunuz hazırdır. “İrşad”ın Bərdə filialına yaxınlaşım. Filiala mənə bildirdilər ki, tozsoranın filtri xarabdır və bunun da düzəldilməsi bizlik deyil. Mən ciddi etiraz etdim, tozsoranı qəbul etmədim. Yenidən *0171-ə zəng edərək şikayət etdim. Lakin hələ də mənim tozsoranımdan heç bir xəbər yoxdur. “İrşad Electronics” şirkətinin operatoru isə zənglərimizə formal cavab verirlər", deyə şikayətçi qeyd edib. Qeyd edək ki, şikayətlə bağlı “İrşad Electronics”ə sorğu ilə müraciət etmişik. Sorğumuza cavab verilən kimi qarşı tərəfin mövqeyini dərc edəcəyik. Poliqon.info Geri qayıt |