Əsas Səhifə > Manşet / Sosial > "Niyə yalan, yarımçıq məlumat verirlər?"
"Niyə yalan, yarımçıq məlumat verirlər?"Bu gün, 08:47 |
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "4 gün əvvəl nağd olaraq paltaryuyan aldıq onlardan. Əməkdaş dedi 3 gün ərzində gətirib çatdıracağıq. Növbəti 3 gün ərzində isə quraşdırılacaq. Aldığımız gündən 3 gün keçəndən sonra əməkdaşa zəng etdik ki, bəs 3 gün ərzində demişdiz, amma səs yoxdur. Başladı, söhbəti fırlatmağa ki, ay bəzən 1 gün də əlavə olunur, mən deyəcəm qohumlarımdır, tez gətirsinlər (tez dediyi də artıq 3 gün keçib) və s. Şənbə günü (4 gün keçəndən sonra) səhər 9-da cəmi bir dəfə zəng gəlib. Normal olaraq yatmışıq, eşitməmişik zəngi. Sonra yenə əməkdaşa zəng vurdum ki, bəs nə oldu, artıq 4 gündür. Dedi tezdən sizə yığıblar açmamısız, tay bu gün qaldı. Deyirəm, o saatda adama yığmırlar axı. Üstəlik də, əvvəldən desəydiniz ki, səhər yığırlar, biz də ona uyğun davranardıq. Danışdığım yerdə telefonu üzümə qoydu. Sonra 143-ə yığıb şikayəti bildiririk. Deyirlər, həə bizdə 9-11 arası yığıb soruşurlar evdəsiz yoxsa, yox. Deyirəm, bəs bunu əvvəldən niyə demirsiz. Cavab vermirlər. Sonra da əməkdaş yenə yığır, “sən” -lə müraciət edərək danışır. Bu Baku Electronics niyə belə məsuliyyətsizdir? Niyə yalan, yarımçıq məlumat verirlər? Niyə danışıq bilməyən əməkdaşlarına müştəri ilə danışıq formasını öyrətmirlər? Bu arada hələ də aldığımız məhsuldan səs-səda yoxdur..." Geri qayıt |