Qəbələ şəhərinin Mirzəbəyli kəndindəki körpü uzun müddətdir qəzalı vəziyyətdədir.
Bu barədə kənd sakinləri Bizim.Media-ya müraciət ediblər.
Sakinlər bildirib ki, kəndin mərkəzindən keçən Mirzəbəyli çayı üzərindəki körpü insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.
 Sakinlərin sözlərinə görə, bu körpüdən gün ərzində yüzlərlə insan istifadə edir.
Xüsusilə məktəblilərin bu körpü ilə hərəkət etməsi valideynləri narahat edir. Onlar övladlarının təhlükə ilə üzləşməməsi üçün uşaqları məktəbə özləri aparmalı olurlar.
Şikayətçilər onu da qeyd ediblər ki, indiyədək dəfələrlə sakinlər sözügedən körpüdən çaya yıxılıblar.
Yağışlar yağanda çayın səviyyəsinin tez-tez qalxması isə problemi daha da ağırlaşdırır.
Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq məsələnin araşdırılacağı bildirildi.
Geri qayıt
|