Əsas Səhifə > Manşet / Ölkə > "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlarBu gün, 13:32 |
Ölkədə son dörd ildə içməli su problemi, habelə ölkə boyunca suvarma (meliorasiya) sistemlərində böhran ifrat həddə çatıb. Bu yay Bakı və bölgələrdə əksər vətəndaşlar içməli suya həsrət qaldılar. Habelə, bölgələrdə əksər kəndlilər, kiçik fermerlər normal şəkildə suvarma suyu əldə bilmirlər, nəticədə 10 min hektarlarla əkin, bağ sahələri məhv olub və olmaqda davam edir. Həmçinin, heyvandarlıqla məşğul olan çox sayda kəndli mal-qaraya doyunca su verə bilmir. Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "başbilənləri" və trolları isə uydurma "səbəblər" səsləndirib vətəndaşları aldadır. Əslində, öz bacarıqsızlıqları, qohumbazlıqları, tender mənimsəmələri səbəbindən su, kanalizasiya və melorasiya sistemini tam bərbad hala salıblar. Ölkədə içməli su, suvarma, kanalizasiya böhranını təqdim etdiyimiz onlarla videofakt aydınca təsdiqləyir, necə deyərlər, nocomment! Buyurub sosial şəbəkələrdən topladığımız, araşdırma üçün real biabırçı mənzərə yaradan videolara baxın. İndi isə keçək bu biabırçılıqların səbəblərinə... Əməkdaşımıza su sistemində 30 ildən artıq çalışmış bir mühəndis acınacaqlı durumun əsl səbəkarlarını və səbəblərini danışıb. Z.Mikayılovun qarşısında qoyulan tələb su, kanalizasiya sistemini səhmana salmaq, korrupsiyanın qarşısını almaq idi. Lakin əksi baş verdi və verməkdə davam edir. Nəticədə bütün sistem iflic vəziyyətindədir. Əsas səbəb bacarıqsızlıqdır, fərdi maraqlarını təmin etməkdir. Bu kontekstdə su istismar qaydalarını bilən kadrların da kütləvi şəkildə işdən çıxarılması və üç qudanın bu vəzifələrə naşı qohum-dost-tanışlarını yığmalarıdır. Onların su sistemindən anlayışı, bacarığı, təcrübəsi elə ADSEA sözçüsü Ceyhun Musaoğlunun (yeri gəlmişkən, bu adam ictimaiyyət nümayəndəsi kimi Mətbuat Şurasının İdarə Heyətinin üzvü "seçilmişdi". Məmur olduqdan sonra oradan istefa verməlidir, amma bunu etmir. MŞ-nın nizamnaməsi bunu tələb edir. Bu mövzunu ayrıca işləyəcəyik) "su ona görə yoxdur ki, hamı krantı eyni vaxtda açır" kimi "dahi kəşfi" səviyyəsindən o tərəfə keçmir... Su sistemlərinin istismarından başı çıxmayan dost, qohumlarını, tanışlarını görəvləndirib, yetkin kadrları uzaqlaşdırdıqları üçün sistem pozulub, Bakıda su ərşə çəkilib.
Səbəb sirr deyil. Birincisi, ADSEA-da xaotik idarəçilikdir, qudalar öz maraqlarımı önə çəkiblər, istismarı idarə edə bilmirlər və əhalinin dərdi də onları elə də maraqlandırmır. Su sistemini yaxşılaşdırmaq adı ilə görülən işlər də keyfiyyətsiz, plansızdır və korporativ maraqlarını təmin edirlər.Bir tərəfdən də əhalidən işlətmədikləri suyun pullarını tələb edirlər. Buna dair yüzlərlə şikayət var sosial şəbəkələrdə. Bölgələrdə kiçik fermerlərə isə suvarma suyu ona çatmır ki, regional su sistemləri idarələrinin rəhbərləri suyu oliqarxların, məmurların böyük əkin sahələrinə verir. Təbii, müəyyən maraqlar qarşlığında... Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür. Biznes ortaqları ilə birlikdə faktiki onun kontrolunda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür. Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur. İddiaya görə onun diplomu saxtadır və Təhsil Nazirliyinin bazasında mövcud deyil (bu məsələni də ayrıca işləyəcəyik)... Yeri gəlmişkən, şok edən bir faktı da qeyd edək: ADSEA-da qudaların sayı artıq dördə çatıb! Fuad Quliyev yeni qohum olduqları bir şəxsə də kommunikasiya sektorunda mühüm vəzifə verib. Həmin əməkdaşın kimliyini bilsək də, hələlik müəyyən səbəblərdən yazmırıq.
Bakıda su-kanalizasiya sistemində 30 il çalışmış mühəndis əməkdaşımıza onu da deyib ki, son 5 ildə qudalar agentliyinin yarıtmaz fəaliyyəti ucbatından bir gün paytaxtın əksər hissəsi tamamilə kanalizasiya sularının altında qala bilər. Adları çəkilən şəxslərin mövqeyimi yayınlamaöa hazırıq. Sitat.info Geri qayıt |