Əsas Səhifə > Manşet / Gündəm > Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil...
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil...Bu gün, 06:56 |
Vergi borcu olan şirkət eyni qurumdan 3 iri tenderin qalibi oldu Araşdırmamız zamanı məlum olub ki, “REGİONAL SU MELİORASİYA XİDMƏTİ” Publik Hüquqi Şəxsinin elan etdiyi son tenderlərin qalibi eyni şirkət – “AZTİKİNTİSERVİS” MMC olub. 32gun.az xəbər verir ki, şirkət Vağazin U-15 kanalının üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə tenderin qalibi seçilib və tərəflər arasında 199.769,63 AZN dəyərində müqavilə bağlanacağı gözlənilir. Araşdırma zamanı məlum olub ki, şirkətin dövlətə 17.319,65 AZN vergi borcu var. Buna baxmayaraq, son 4 gün ərzində eyni qurumdan “AZTİKİNTİSERVİS” MMC daha iki iri tenderin də qalibi olub:
Beləliklə, cəmi 4 gün ərzində “AZTİKİNTİSERVİS” MMC 3 tender üzrə ümumilikdə 553 min AZN-dən çox dəyərində müqavilə bağlamaq üzrədir. Bildirək ki, şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır və onun qanuni təmsilçisi Paşa Papaqçıyev Yusif oğludur. Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir. Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib. Geri qayıt |