Əsas Səhifə > Manşet / Cəmiyyət > "17 yaşlı uşağın 1 manatına qalmısan?"
"17 yaşlı uşağın 1 manatına qalmısan?"Bu gün, 12:48 |
"TƏBİB in "whatcap" nömrəsinə Xəzər rayon 14 saylı şəhər poliklinikasından verilən biabırçı bir sənəd göndərmişəm. 3 dəfə də zəng eləmişəm ki, araşdırın. TƏBİB-in bosu Vüqar Qurbanovun işçiləri hələ də araşdırır. Maraqlıdır ki, nəyi araşdırırlar..." "DİA-AZ" xəbər verir ki, bunu jurnalist Ədil Əlizadə özünün etiraz dolu açıqlamasında qeyd edib.
Ə.Əlizadə daha sonra bildirir: "Bu qurumun rəsmiləri hələ də peyvənd siyahısının vətəndaşa necə rəsmi olaraq verilməsini bilmir. Dünəndən araşdırırlar ki, bu necə olmalıdır, vətəndaşa peyvənd siyahısını rəsmi olaraq necə verək.
Əziz TƏBİB bosu Vüqar Qurbanov - həqiqətən də vətəndaşa peyvənd siyahısının necə verilməsinin qaydasını bilmirsiz, yoxsa pul vermək lazımdır?
Vallah pul istəyirsizsə verim, yox, özünüz dediyiniz kimi rüşvətsiz işləyirsizsə, o zaman peyvənd arayışını verin.
İndi keçək 17 yaşlı uşağa verilən peyvənd "arayışı"na.
Adi bir blank, hansı tibb mərkəzindən verildiyi bilinməyən, möhür, ştamp, barkod yox.
Üstəlik vətəndaşın ad soyadının yarısı görünür yarısı yox. Peyvəndlərin adlarının yarısı görünür, yarısı yox.
Bu sənəd deyil, işlənmiş salfetka qədər dəyəri olmayan bir nəsnədir.
Ən sonda, TƏBİB bosu Vüqar Qurbanova deyəcək bir sözüm qaldı...
17 yaşlı uşağın 1 manatına qalmısan? "1 manatlıq Vüqar" deyək sizə?
Bu kağız parçasını 17 yaşlı uşağa vermək üçün 1 manat istəyiblər, uşaq da verib. Blank pulu... Utanmırsız?
1 manata satdığınız lazımsız blanka heç olmasa bir ştamp vurardız. AYIB OLSUN..."
Geri qayıt |