Əsas Səhifə > Manşet / Ölkə > Həbsdəki hakimə yenidən cinayət işi açıldı

Həbsdəki hakimə yenidən cinayət işi açıldı


1-09-2025, 10:28

Hazırda həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədova yenidən cinayət işi açılıb.

Gununsesi.info-nun xəbərinə görə, Elsun Əhmədov bu dəfə dələduzluqda günahlandırılır.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsininin 178-ci (Dələduzluq) maddəsi ilə aparılan istintaqa görə sabiq hakim başqasının 20 min manat pulunu ələ keçirməkdə günahlandırılır.

Xatırladaq ki, Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, rüşvət almaq ittihamı 5 il müddətinə azadlıqdan məhrum olunub.


Geri qayıt