Əsas Səhifə > Manşet / Siyasət > Şərur səhiyyəsinin BƏXTİYAR GUNLƏRİ ..
Şərur səhiyyəsinin BƏXTİYAR GUNLƏRİ ..Bu gün, 04:45 |
Məqalədə daha sonra deyilir: "Belə ki, xəstəxananın inzibatı işlər üzrə direktor müavini Bəxtiyar müəllim özünə yeni qrup yığıb ki, bu dəstə üzvləri də xəstələrə qənim kəsiliblər. Xəstəxananın rentgen şöbəsində işləyən və rentgendən başı çıxmayan vətəndaşlardan az qala zorla pul alan və heç kimi saymayan Leyla adlı xanım aldığı pulları Bəxtiyar müəllimlə bölüşür. Yeri gəlmişkən, Leyla elə vəzifəli şəxslərin adını hallandırır ki, hec kim qorxusundan ona söz deyə bilmir. Bu bir yana. Digər bir fakt odur ki, Bəxtiyar müəllim Turan adlı birisinə də xəstəxanada qanunsuz olaraq iş verib. Əslində özü iş adamı olan Turanın şəxsi biznesi var, ancaq öz dükanında oturur, ayda bir-iki dəfə xəstəxanaya gəlir və nəticədə dövlətin pulunu maaş olaraq mənimsəyir. Bəxtiyarın üçüncü qəhrəmanlığı da bu xəstəxananın yoluxucu şöbəsinin baş həkimi olan Ramiz həkimlə bağlı faktdır. Ramiz həkim də eyni qaydada xəstəxanada bazar açıb. Qeyd edək ki, bütün bunlar Bəxtiyar həzrətlərinin Şərurdaki sərgüzəştlərinin kiçik bir hissəsidir. Bununla məsələ bitmir və növbəti yazıda daha ilginc faktları təqdim edəcəyik. Hər halda aidiyyatı qurumlar məsələyə adekvat qiymətin verilməsində maraqlı olacaq". Geri qayıt |