Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB?

Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB?


Bu gün, 15:32

Kreml Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan diasporuna rəhbərlik edən şəxsləri bir neçə məqsədlə dəyişməyə başlayıb. Birincisi, yeni diaspor rəhbərləri ana vətənlərinə bağlı olmamalı, Kremlin təlimatları əsasında fəaliyyət göstərməlidirlər. Misal üçün hazırda Rusiya-Azərbaycan münasibətlərində gərginlik var. Kreml diaspora rəhbərlərinin bu gərginlikdə Ruiyanın mövqeyinin müdafiəsini tələb edəcək. Kremli Azərbaycan diasporalarının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməsi, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərməsi maraqlandırmır. "DİA-AZ" bildirir ki, Kremlin əsas məqsədi Rusiya hakimiyyətinə loyallıq və diaspora rəhbərlərinə verilən tapşırıqların yerinə yetirilməsini təmin etməkdir. Kreml bu tələbləri yerinə yetirməyəcək diaspora rəhbərlərini başqaları ilə əvəz edəcək. Kreml bu yolla soydaşlarımızı ana vətəndən qoparmağa və Rusiyada soydaşlarımız arasında Azərbaycanın siyasətinin tənqidçilərini artırmağa çalışacaq. Kremlin ikinci məqsədi soydaşlarımızın ana vətəndəki ailələrinə pul köçürmələrinə nəzarəti gücləndirmək olacaq.
Kremlin hələ ki, Azərbaycanla münasibətləri normallaşdırmaq fikri yoxdur, əksinə media ruporları vasitəsilə hədələyici açıqlamalarının sayını artırmaqla məşğuldur. Rusiyanın dövlət televiziya kanalının aparıcısı Solovyovun Azərbaycana qarşı artan təxribatçı açıqlamaları bunun sübutudur. Kreml rus filosof və politoloq Aleksandr Duqini də “hərəkətə” gətirib. Onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlar, o cümlədən soydaşlarımız Rusiya cəmiyyəti üçün “ən çox toksik” qruplar hesab edilə bilər. Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir. Nədir bu mədəni “kod?” Duqin Kremlin mirqantlardan loyallıq və Rusiyanın müdafiəsində iştirak tələbinə birinə də əlavə edib: “Pravoslavlığı qəbul edin”. Görəsən Duqinin tələbi Rusiyada yaşayan 20 milyon müsəlmana da aiddirmi? Rusiyanın heç bir rəsmisi Duqinin təxribatçı açıqlamasını tənqid etmirsə, bunun xalqlar arasında nifaqa səbəb olacağını söyləmirsə, deməli elə Kremldə oturanlar da belə düşünürlər.
"DİA-AZ" bildirir ki, bu arada Rusiyanın Azərbaycana aid diasporaya nüfuz etməsi faktlarından biri ilə bağlı APA tərəfindən ilginc bir məlumat yayıldı. Məlumatı eynən... olduğu kimi təkrar təqdim edirik:

Yekaterinburqdakı Azərbaycan diasporuna yeni rəhbərin seçilməsi barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.

APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda isə bildirilir ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

O, naməlum qrup tərəfindən qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçilib”.

Vidadi Mustafayevin iqtisadi cinayətlərə görə bir neçə dəfə məsuliyyətə cəlb olunmasına dair məlumatlar da var.

Məlum olduğu kimi, diaspor könüllü fəaliyyət növüdür. Ana Vətənlə yaşadığı ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərmək diasporun əsas funksiyalarına daxildir. Bu gün Azərbaycan diasporunun da hər bir sahədə uğurlu fəaliyyəti göz qabağındadır.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin sədrlik etdiyi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatı da hər zaman Rusiya qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərib.

Təəssüf ki, bəzi soydaşlarımızın fəaliyyəti diaspor və birlik anlayışlarına xələl gətirir.

Naməlum qrupun Vidadi Mustafayev adlı şəxsi qeyri-müəyyən bir təşkilata “rəhbər” vəzifəyə “seçməsi”, bu cür informasiyaların tirajlanması Azərbaycan diasporunun birliyinə xələl gətirmək və icma üzvləri arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub.

İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Bundan başqa, Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski də hazırda həbsdədir. O, hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə təqsirləndirilir.

Hər iki şəxslə bağlı istintaq davam edir.

***

Fuad Muradov niyə diaspora işində uğur qazana bilmir? - » Gundeminfo.az

Diqqət yetirdinizsə, "APA-nın Diasporla İş üzrə Dövlət Komitəsinə yaxın mənbələrdən əldə etdiyi məlumatda" deyərək nişan verilir. Yəni birbaşa olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən xəbər, daha dəqiqi RƏSMİ MÖVQE İFADƏSİ YOXDUR, Sanki Fuad müəllimin rəhjbərlik etdiyi bu təşkilat Rusiya ilə münasibətlərinin korlanmasından ehtiyatlanır. "DİA-AZ" vurğulayır ki, bu da bu zamana qədər yerli KİV-də səslənən "Fuad Muradovun əsas biznesi Rusiyadadır" iddiasını tam təsdiqləmiş olur. Yəni Fuad Muradov sırf biznes maraqları naminə vəzifə borcunu icra etmir. Halbuki ondan fərqli olaraq və ONA NÜMUNƏ OLARAQ dövlətimizin başçısı - Prezident İlham Əliyev hər şeyi NET ŞƏKİLDƏ söyləməklə yanaşı, bütün bu mövqe ifadəsinin məhz Azərbaycan dövlətinə aid olduğunu da bəyan etməkdədir.

Bu vaxta qədər susan və Rusiyada əzilməkdə olan Azərbaycan diasporasının başına gətirilənlərə seyrçi qalan Fuad Muradov özünü Azərbaycanın yox, Rusiyanın məmuru kimi aparır ki, bu da gərəkən şəkildə və həm də ƏN ALİ SƏVİYYƏDƏ QİYMƏTİNİ ALMALIDIR...

İlham Rəhimov bu universitetin fəxri doktoru oldu - Globalinfo.az
Hər halda, Fuad Muradov Putinin DOSTU kimi tanıdığımız İlham Rəhimovdan fərqli birisi olduğunu ortaya qoymalıdır. Həm də BİR VƏZİFƏ BORCU olaraq...


Geri qayıt