Əsas Səhifə > Manşet / Siyasət > Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN?

Tovuzda ƏDALƏT AXTARIŞI: məmursansa HAQLISAN?


Bu gün, 10:00

Keçən günlərdə Tovuzda yerli icra hakimiyyəti işçisinin özbaşınalığından bəhs edən bir məlumatı təqdim etmişdik. Qeyd edək ki, bu məsələ ictimailəşsə də, nədənsə gərəkən reaksiya verilmədi və məmur özbaşınalığı bu gün də davam etməkdədir.

Əvvəlki YAZIMIZ: Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!

Bu dəfə isə qarşı tərəf həmin özbaşınalıq edən məmurla bağlı ədalətli mövqe tutulması üçün qarşılıqlı məhkəmə iddiası qaldırıb. Həmin iddianın mətnini "DİA-AZ" olaraq olduğu kimi təqdim edirik...

Beləliklə, Abbasəliyev Turxan Nadir oğlu ölkə rəhbərliyinə müraciətində belə deyir:

"İddiaçı Həsənov Aqşın Cavanşır öğlu mənə Abbasəliyev Turxan Nadir oğluna qarşı Tovuz rayon Məhkəməsində maddi, mənəvi ziyana və əldən çıxmış faydaya görə umumilikdə 14.520 manatın, o cümlədən 134 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında iddia qaldıraraq, qətnamə çıxarılmasını xahiş etmişdir.

İş Tovuz rayon Məhkəməsinin hakimi Süleyman Hacıyevin 2(062)-965/2025 saylı mülki iş üzrə icraatında olub.

İddiaçı Həsənov Aqşın Cavanşır öğlunun iddia ərizəsində qeyd etdikləri iddialar həqiqətə uyğun olmayıb. Şər və böhtan olub. Tovuz rayon İcra Hakimiyyətində məsul şəxs olduğunu bildirərək, vəzifəsindən sui-istifadə edərək, rayon ərazisində və Tovuz rayon Məhkəməsində at oynadır, bizə hədə-qorxu ilə təzyiq edir. Bu gün də etməkdə davam edir. Məmur özbaşınalığı....

Cavabdehin şikayətinə avqust ayı ərzində 3 dəfə, 1, 3 sentyabr tarixlərində baxılıb və qərəzli, qanunazidd qərar qəbul olunub. Mənim təqdim etdiyim sübutlara, şahidlərin ifadələrinə hakim əhəmiyyət və qiymət vermədi.

Heç bir sübutu, şahidi olmayan iddiaçının iddiasını hakim təmin etdi. 4460 (dörd min 460) manat məndən alınaraq iddiaçıya ödənməlidir. İddiaçının təqdim etdiyi videogörüntüdə də mənim əleyhimə bir kəlmə də olsa sübut yoxdur. Mənim isə təqdim etdiyim videogörüntülərimi, səs yazılarımı, şahid ifadələrini hakim diqqətə almadı.

Mən faktlarla sübut etdim ki, mən mühərriki yığıb 24 noyabr 2024 cü iltarixdə təhvil vermişəm, 6 yanvar 2025 ci il tarixdə yəni 43 gün sonra mühərrik yenidən sıradan çıxıb. Bu zaman müəyyən olundu ki, mühərikin sıradan çıxması avtomobilin elektrik sistemində yaranmış nasazlıqdan olub. Bu fakta görə də hakim heç bir nəticə çıxarmadı.

Məhkəmə prossesləri dövründə mərkəzləşdirilmış qaydada məhkəmə zallarından qeydə alınmış videoçəkilişlərə baxmağınız yetər ki, kimin haqqlı, kimin haqqsız olmasının və hakimin qərəzli qərar qəbul etdiyinin şahidi olasınız.

QEYD: Özünü “toxunulmaz” hesab edən iddiaçı Aqşın Tovuz rayon İcra Hakimiyyətində “məmur” olduğu üçün məhkəmə zalına hakimin daxil olduğu qapıdan daxil olur və oradan da çıxır. Bundan başqa iddiaçı və cavabdehin oturmalı olduğu yerdə yox bir başa ittihamçının oturduğu yerdə oturur. Bu hərəkətlər qanuna zidd olmaqla yanaşı yolverilməzdir. Hakim bu hərəkətlərə yol verməməli idi. Hakim iddiaçının Tovuz RİH-də “məmur” olduğu üçün səsini çıxarmadı, susdu.

Tovuz RİH-nin başçısı Məmməd müəllim isə bu hərəkətlərinə görə işçisi Aqşınlə fəxr edir və qürur duyur.

Hakimin cavabdeh olaraq mənə söz verib danışdırdıqda iddiaçı Aqşın dəfələrlə mənim sözümü kəsdi, özümü müdafiə etməyimə əngəl oldu. İddiaçı danışanda isə istədiyi qədər danışdı. Bu qanunsuz hərəkətlərə hakim mane olmadı, iradını bildirmədi, tədbir görmədi.

Onu da qeyd etmək istəyirəm ki, bu BMW markalı avtomobil xarici ölkədən ölkəmizə daxil olanda mühərrik problemi olduğu qeyd edilib.

Qeyd etdiyim faktlar həqiqətdir. Mühərrikin sıradan çıxması mənim günahım ucbatından deyil, işlənmiş, ucuz, yararsız ehtiyyat hissələri ucbatından və elektrik sistemində olan nasazlıqlardan olmuşdur.

Bu mübahisələrdən sonra mən Aqşinin BMW markalı avtomobili haqqında araşdırma apararkən məlum oldu ki, həmin avtomobil VIN kod WBA5A7C54GG144782 № si ilə Azərbaycana daxil olmuş, həmin avtobilin həm mühərrik problemi həm də oğurluq problemi müəyyən olunmuşdur.

Aqşin mənə və mənim yanımda işləyənlərə Tovuz rayon İcra Hakimiyyətində sözükeçən məsul şəxs olduğunu bildirərək zəhmət haqqımızı da verməyib. Bundan başqa mənə hədə qorxu gələrək, məcbur etdi ki, kredit götürüm onun avtomobilinə yenidən ehtiyat hissələri alım. Mən də qorxumdan 1870 manat ödəyərək onun avtomobilinə ehtiyat hissələri alaraq ona verdim.Bu haqqda şahidlərin iştirakı ilə videoçəkilişlər də etmişəm. Bu videoçəkilişləri hakimə təqdim etsəm də......hakim bu haqqda bir kəlmə də danışmadı.

Bütün bu mübahisə predmetinin daxilində iştirak etmiş, hadisə şahidləri şahid qismində məhkəməyə dəvət olunmuşdu, şahidlərin verdiyi ifadələrdən də məlum oldu ki, avtomobilin mühərrikində nasazlıqların yaranması mənim günahımdan deyil, işlənmiş avtomobil ehtiyat hissələri və elektrik sistemində yaranmış nasazlıqlardan olmuşdur.

MƏHKƏMƏ QƏTNAMƏSİNİ ALDIQDAN SONRA BU MÖVZUYA BİR DAHA QAYIDACAĞAM.....

Azərbayan Respublikasının Prezidenti cənab İ.Əliyev məhkəmələrə, icra başçılarına, icra aparatında işləyən məmurlara çox ciddi tapşırıqlar və tövsiyələr verərək, vətəndaşları incitməmələrini, vətəndaşlarla yaxşı rəftar etmələrini, rüşvət almamalarını, qanunsuz heç bir iş görməmələrini, həmişə haqqlını müdafiə etmələrini tapşırmışdır. TƏƏSSÜFLƏR OLSUN Kİ, MƏHKƏMƏ HAKİMLƏRİ HƏLƏ DƏ QƏRƏZLİ, QANUNAZİDD QƏRARLAR QƏBUL EDİRLƏR,

Məhkəmələr, hüquq mühafizə orqanları, icra strukturları, idarə və müəssisə rəhbərləri vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarını gobud şəkildə pozurlar. Vətandaşlar isə pozulmuş hüquqlarını bərpa etmək üçün Prezident Adminstrasiyasına, Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və bir çox nazirliklərə, komitələrə ünvanladıqları şikayət məktublarına ya cabab verilmir ya da ki, iki sətrlik tekstlə” Sizin şikayətiniz baxılması üçün müvafiq orqana göndərildi.” Həmin şikayətin həll olunub-olunmaması haqqında heç bir tələb və yaxud da göstəriş verilmir. Nəticədə şikayətçi, hüquqları pozulmuş vətəndaşlar aylarla, illərlə gözləyir ki, onun şikayətinə baxılacaq, problemləri həll olunasaq. Bu da onu göstərir ki, şikayətlərlə bağlı tədbir görməli olan dövlət məmurları insanlara qiymət verə bilməyən, onların halına acımayan, şikayətçilərin vəziyyətini başa düşməyən məsuliyətsiz dövlət məmurlarıdır. Onlara nəzarət edən, maraqlanan, tələb edən olmur. Bununla da vətəndaşlar hara, kimə şikayət edəcəklərini bilmirlər, nəticədə vətəndaşlar hüquqlarını bərpa edə bilmədikləri üçün hakimiyyətdən narazı düşürlər.

Ölkə başçısı cənab İ.Əliyev ölkənin məhkəmə sistemində rüşvətin qarşısının alınması və haqqsızlığa qarşı məhkəmə sistemində islahatlar apararaq, bütün məhkəmə prosseslərinin mərkəzləşdirilmiş qaydada videoçəkilişlərlə aparılmasına göstəriş vermişdir. Bu da imkan verir ki, bu videoçəkilişlərə baxmaqla hakimin hansı səhvlər buraxdığını, haqqsız və qərəzli qərar qəbul etdiyini aşkar etmək mümkün olur.

SİZLƏRDƏN artıq dərəcədə xahiş edirəm Tovuz rayon Məhkəməsində 2(062)-965/2025 saylı mülki iş üzrə prosseslər dövründə mərkəzləşdirilmış qaydada məhkəmə zallarından qeydə alınmış videoçəkilişlərə baxasınız və bu işi nəzarətə götürəsiniz, mənim pozulmuş hüquqlarımı bərpa edəsiniz".


Geri qayıt