Əsas Səhifə > Manşet / Gündəm > 'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ?

'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ?


Bu gün, 06:09

Artıq SOCAR çalışanlarının ağır sosial şərtlər altında işləməsi sıradan bir fakta çevrilib. Ölkəyə valyuta gətirən ən əsas bir qurum olsa da, SOCAR strukturlarının işçiləri az qala səfil gününə salınıb. Elə aşağıdakı müraciətdən də aydın olur ki, bu fakt sözügedən şirkətin rəhbərliyini əsla maraqlandırmır. "DİA-AZ" "Azneft" İB-nin Baş Direktoru Əli Qurbanova bu şirkətin işçisi Zamiq Əliyev tərəfindən ünvanlanmış müraciəti təqdim edirik:
"Hörmətli, Əli müəllim! Məlumat üçün bildirim ki Neft Daşları NQÇS 4-də operator kimi iş funksiyasını yerinə yetirən Siyəzən rayon sakini Bayramov Zaur Təyyar oğlu 15.11.2024-cü il tarixində işə gedərkən (Neft daşları ərazisində) vəziyyəti pisləşib, sonradan komaya düşüb. Ona insult diyaqnozu qoyublar və o, həmin vaxtdan evdə müalicə olunur. Lakin indiyənə kimi ona açılan büllütenlər ödənilmir.
Həmin işçi şəhid ailəsidir, hər ay 500 manat dərmana borc alaraq pul ödəyir. 751 manat ipoteka, 570 manat bank krediti var. Bunları ödəyə bilmir, ailə vəziyyəti ağırdır. Ailədə təkcə işləyən odur.
Bu barədə Azneft İB-nə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etsə də, hər iki instansiyadan da ona zəng vurub deyiblər ki büllütenin ödəniləcək. Lakin hələ də ödənilmir. Mən də bir şəhid ailəsi kimi Sizdən xahiş edirəm, onun ödənişinin ödənilməsi üçün göstəriş versəniz".

Geri qayıt