Əsas Səhifə > Manşet / Sosial > `LEO-BANK` vətəndaşı rəsmən QARƏT EDİB...

`LEO-BANK` vətəndaşı rəsmən QARƏT EDİB...


Bu gün, 10:14

"Leobank 2 gündür pulumun arxasına keçib..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Elçin Habi adlı istifadəçi qeyd edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə\ nəql edir: "Bütün dəstək xidmətləri üzərindən müraciət etmişəm, ancaq müştərini yola verməklə məşğuldular.
Məsələ belədir: Dünən tətbiq üzərindən depozit yerləşdirdim və videozəngə qoşulub təsdiq etdim. Əməkdaş qeyd etdi ki, bir neçə dəqiqə sonra depozit hesabınız açılacaq. Bir neçə dəqiqə saat oldu, gördüm hələ də proqramda görünmür. Dəstək xidməti ilə əlaqə saxlayıb problemi bildirdim, dedilər ki, gün ərzində açılacaq.
Axşam da oldu, gördüm dəyişən bir şey yoxdur, yenidən əlaqə saxladım. Bu dəfə də bildirdilər ki, müraciətinizi qeydə aldıq, 5 iş günü ərzində baxılıb sizə məlumat veriləcək.
Bu nə düşüncədir, bu nə xidmətdir, bu nə məsuliyyətsizlikdir?! Burada baxılası, araşdırılası nə var axı? Sən məni niyə 5 gün gözlətməlisən? Mən pulumu sənə buna görə əmanət edirəm? Siz sisteminizi düzgün qura bilmirsinizsə, bunun əsəbini mən niyə çəkməliyəm, oturub sizdən cavab gözləməliyəm?
Belə problemlərlə rastlaşmamaq üçün Leobankda depozit açmaqdan uzaq durun. Sistemləri düz-əməlli işləmir. Əməkdaşları da müştəri ilə siçan-pişik oynayır elə bil. Bütün tətbiq üzərindən yazmışam, hamısı yolaverdi cavablar verib başından eləyir, ciddi şəkildə şikayətimə baxılmır. Hələ ki, beləcə qalmışam ortada, görək, axırı necə bitəcək..."


Geri qayıt