Əsas Səhifə > Manşet / Hadisə > `MADEYRA` yenə öz dediyini DEYİR HA...

`MADEYRA` yenə öz dediyini DEYİR HA...


Bu gün, 10:19

"Şikayətim Madeyra mebel mağazasındandır. 1 həftədir uşaq mebel dəsti almişam, aldığım gün gətirib çatdırdılar sonra usta gəldi həmin gün quraşdıranda məlum oldu ki, 2 dəst əksik gəlib və usta getdi dedi əksik olan mebellər gələndə gəlib quraşdıraram..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Tural Huseynov adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Mağazaya bildirirəm ki gətirin əksik mebelləri deyirlər anbar sayıma getdi bağladılar anbarı 1 həftəlik mal çıxara bilmirik. Deyirəm bu mənim problemimdir? Deyir qaynar xəttə yığ şikayət elə. Qaynar xəttə şikayət edirəm deyir biz sizə kömək edə bilmərik mağazaya yaxınlaşın. Mağaza kömək edən idirsə sən niyə qaynar xəttsən?! Deyirəm bəlkə mən toy edirəm sabah gəlin gələcək sən mebel dəstin taxtın gətirmirsən gəlin gəlib harda yatacaq? Cavab verə bilmir. Sən anbar sayırsansa bu müştərinim problemi deyil... Əlavə olaraq: müştərinin məhsulu səndə ola ola sən necə anbarı sayırsan?.."


Geri qayıt