Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI...
Ağdamda bir kəndi yer üzündən silirlər: SAKİNLƏR ETİRAZA QALXDI...30-10-2025, 12:15 |
|
Kənd sakinlərini bildirir ki, kənd sakinlərinin əksəriyyəti şəhid ailəsidir, dəfələrlə öz yurdlarına qayıtmaq istəmələri barədə adiyyatı qurumlara müraciət etsələr də, onların səsini eşidən olmayıb. Sakinlər bildirir ki, Ağdam rayonunun icra başçısı Çullu kəndində şəxsi təsərrüfat yaradıb, ferma tikib heyvandarlıqla məşğul olurlar. Kənd sakinləri bildirir ki, bir dənə şəhid bulağı tikməyə icazə verməyən məmurlar böyük bir ərazidə ferma tikiblər, onlara o səlahiyyəti kim verib? Sakinlər bildirir ki, Ağdam rayonunun icra hakimiyyəti vətəndaşlara Çullu kəndinə qayıtmağlarına imkan verməyəcəyini deyir. Şikayətçilərin sözlərinə görə, onlar ata-baba yurdlarında çadır tikib yaşamağa razıdırlar, yetərki özbaşına məmurlar onları yurdlarına buraxsınlar. Sakinlər deyir ki, erməni işğalından azad olunan yurdları indi də bəzi özbaşına məmurlar ələ keçirib. Çarəsiz sakinlər prezidentə müraciət edərək qeyd edir ki, bu barədə bir ölçü götürsün və onların öz yurdlarına qayıtmaları üçün şərait yaradılsın. Geri qayıt |