|
Bu məhsul Azərbaycanda istehsal olunub. Qida məhsuludur. "Dovğa" adı altında satışa çıxır. Guya ki, Gəncə dovğasıdır. Bizi maraqlandıran bu məhsulun üzərindəki etiketdə göstərilən dəyərlərə uyğun olub_olmaması, qida kimi keyfiyyəti deyil. Bu işlə məşğul olan dövlət qurumları var və bu, onların qayğısıdır. Zəhmət çəkib araşdırsınlar... görək millətin hələ ilk olaraq DÖVLƏT DİLİNƏ təcavüz edən bu naməlumlar ümumiyyətlə, millətə nə yedirirlər...
"DİA-AZ" xəbər verir ki, üzərində firma loqosu kimi "DAD" nişanı göstərilsə də, istehsalçı olaraq F.Ş.Əliyev adlı naməlum birisi qeyd olunub. VÖEN olaraq 1801583542 göstərilib. Dəqiqdir... ya dəqiq deyil... Bunu da gərəkən qurumlar araşdıra bilər.
Bizim diqqətimizi cəlb edənsə, təqdim olunan məhsulun üzərində GƏNCƏ şəhərinin adının GƏNZƏ olaraq göstərilməsidir.
Hər halda, bu ölkədə dilimizi qoruyan bir kimsə... hansısa qurum olmalıdır. Ola bilsin ki, bu məhsul dükanlara ayaq açana qədər həmin qurum görməyib. Hətta marketlər də sezməyib bunu. Biz gördük və buradan xəbər edirik... Tədbiri də sizdən...
Geri qayıt
|