Əsas Səhifə > Manşet / Cəmiyyət > Olmayan məhsulu satırlar?

Olmayan məhsulu satırlar?


5-12-2025, 15:24

"Şikayətim "Baku Electronics"-dəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" nsosial qrupundakı paylaşımında Elmin adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "2 məhsul alınıb... 10 gündən çoxdur. Hələ də nə vaxt çatdırılacaq... məlumat yoxdur. Tək dedikləri "gəlməmişdən öncə sizinlə əlaqə saxlanılacaq" sözüdür.

Halbuki məhsul alınanda 3 iş günü ərzində deyilmişdi.

Əlaqə saxlanılır ama yenə də konkret bir gün deyə bilmir əməkdaşlar. Əgər dedikləri müddətə çatdırılması mümkün olmursa, məhsulun satılması üçün yalan məlumat verib 3 iş günü ərzində demək lazım deyildi..."


Geri qayıt