Əsas Səhifə > Manşet / Hadisə > "Əziz `Baku Electronics`... sizdən ilk və son alışım oldu..."

"Əziz `Baku Electronics`... sizdən ilk və son alışım oldu..."


10-12-2025, 11:18

"Görəsən ölkədə normal elektronika mağazası var?" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Heybətova Gül adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən 2 həftə əvvəl Baku Electronics (Koroğlu, Bravo 3) filialından noutbuk almışam. Satış zamanı mənə 3 gün ərzində proqram təminatının yazılacağı və sonra gəlib məhsulu götürə biləcəyim bildirildi. Lakin 3 gün sonra mağazaya gedəndə mənə “Sizin məhsul vitrin məhsuludur, buna baxmayaraq razısınızmı?” sualını verdilər. Halbuki alarkən qətiyyən belə bir məlumat deyilməmişdi. Təbii ki, razı olmadım.
Amma səhv etdim ki, onlara ikinci şansı verib əlavə ödənişlə başqa model seçdim. Bu dəfə də satış nümayəndəsi ən gec 4–5 gün ərzində proqram təminatının hazır olacağını və mənə zəng ediləcəyini dedi. Artıq onların “operativliyinə” bələd olduğum üçün 4–5 gün deyil, düz bir həftə sonra mağazaya getdim.
Mənə bildirdilər ki, məhsul hazırdır, amma İnşaatçılar filialından maşın hələ gəlməyib. Başa düşmürəm,2 həftə ərzində məndən başqa sizin mağazadan alış edən olmayıb? Yoxsa sizin iş prinsipiniz budur ki, bir qədər məhsullar yığılsın, sonra maşın yola çıxsın. Təsəvvür edin, əgər 1 ay getməsəydim, heç kimin vecinə olmayacaqdı.
Əziz Baku Electronics... sizdən ilk və son alışım oldu. Təəssüf ki, bu vaxta qədər sizin belə “operativ” işlədiyinizi bilməmişəm....

Geri qayıt