Əsas Səhifə > Manşet / Sosial > Zay məhsulu müştəriyə sırıyırlar...

Zay məhsulu müştəriyə sırıyırlar...


11-12-2025, 07:55

" "İrşad Elektroniks"dən məhsul aldıq. "Qarantiya" kağızı da var. Evə gələndə gördük ki, məhsulun iki xırda detalı çatmır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Yaşar Seyidəliyev adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Mağazaya müraciət elədik. Dedik, satdığınız məhsulun çatışmayan detallarını istəyirik. Bildirdilər ki, getməlisiniz texniki servis mərkəzinə. 
Şikayətimizi bildirdim ki, məhsulu sizə verim, özünüz həll edin, məni gəl-gedə salmayın, defektli mal satırsınız... hələ bu sizə azlıq edir... hələ əlavə vaxt və pul da xərcləməliyəm?
Müqavilə şərtlərində elə bir maddə göstərə bilmədilər ki, mağaza qüsurlu mal satanda müştəri özü pul xərcləyib servis mərkəzinə getməlidir..."


Geri qayıt