Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvan Dövlət Universitetində YENİ QADAĞA...

Naxçıvan Dövlət Universitetində YENİ QADAĞA...


11-12-2025, 10:54

Naxçıvan Dövlət Universitetində dərslər arasındakı böyük fasilə ləğv olunub. Hər dərsdən sonra verilən 10 dəqiqəlik qısa fasilə isə yemək yeməyə, yaxud istirahət etməyə yetmir. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup tələbə məlumat verib.
Hər gün 6-7 saat dərsdə keçirən tələbələr deyirlər ki, yeməyə vaxt tapmadığından acqalırlar, günün sona kimi təqatdən düşürlər.
Tələbələrdən Z. Hüseynov deyir ki, Universitet rəhbərliyi bunu dərslərin çoxluğu ilə izah edir:
“Deyirlər dərslər çoxdur deyə, müəllimlər evə gec gedir. Bu səbəbdən böyük fasiləni ləğv ediblər. Yarım saat artıq qalmaqla nə olacaq ki? Əksinə, dərs çox olduğqca, tənəffüsü də artırmalıdılar ki, tələbələr dincələ bilsin. Müəllimlər də yorulur, tələbələr də. 10 dəqiqəlik fasilə ilə bu qədər dərs çətin olur.Yeməkxanaya getsək dərs çata bilmirik. Bu zaman da bizə problem yaranır, qayıb yazılır.
Əgər universitetin yeməkxanası varsa, tələbəyə istifadə imkanı da yaradılmalıdır. Başqa universitetlərdə tələbələrin hüquqları nəzərə alınır, bizdə isə sadəcə dərslərin çoxluğunu bəhanə edib, böyük tənəfüsü qısaldıblar.”
İqtisadiyyat ve Memarlıq fakultəsinin tələbələri isə, ümumiyyətlə yeməkxananın olmamasından şikayətlənirlər:
“Digər fakültələrdə bufet var, tələbələr 10 dəqiqəlik fasilə zamanı ayaqüstə də olsa bir şey tapıb, yeyə bilirlər. Bizdə isə, bu da yoxdur. Böyük fasilə olanda gedib başqa fakültələrin bufetində yeyə bilirdik. İndi bu imkan da əldən çıxıb.”

Geri qayıt