Əsas Səhifə > Manşet / Sosial > Pandemiya vaxtı olmamışdı: AMMA İNDİ VAR!

Pandemiya vaxtı olmamışdı: AMMA İNDİ VAR!


13-12-2025, 16:00

"Qeyd etdiyim kimi Dövlət Dəniz və Liman Ağentliyi SOCAR Azneft İB Abşeronneft NQÇİ-ə növbə dəyişməyə gedən neftçilərdən hər dəfə, onların "Sağlamlıqları haqqında tibbi kitabça" tələb edir...." "DİA-AZ" xəbər verir ki, bvunu özünün etiraz dolu müradciətində tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
M.Qəhramanlı daha sonra bildirir:
"Və bu kitabça olmadlğı halda işçini gəmiyə buraxmayacağı haqda xəbərdarlıq edib. Lakin bunu nəyə görə etdiyini işçilərə izah edilmir və SOCAR vəzifəliləri də susur(???) Yoxlama zamanı işçilər (həm növbə dəyişməyə gedən,həm də növbə dəyişib evinə qayıdan) müəyyən saat,vaxt itirirlər.Və onlar bilmək istəyirlər bu halda itirdikləri bu saatlar (ARƏM maddə 169 1. -boşdayanma) hansı qurumlar tərəfindən ödəniləcək?
Qeyd: pandemiyanın tüğyan etdiyi bir zamanda belə arayışlar tələb etməyən #DövlətDənizvəLimanAğentliyi indiki tələbi sual və təəccüb doğurmurmu?Niyə və məqsəd nədir cənablar?Niyə onda yox,indi??.."

Geri qayıt