Əsas Səhifə > Manşet / Sosial > Deputatları mediada "boy verən" Goranboyda şəhid anasının səsi eşidilmir
Deputatları mediada "boy verən" Goranboyda şəhid anasının səsi eşidilmir18-12-2025, 10:32 |
|
Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputat Anar Məmmədovun Tərtərdə şəhid ailəsi ilə görüşüb, saytlarda bu barədə xəbər paylaşması birmənalı qarşılanmayıb. AFN.az xəbər verir ki, jurnalist Mübariz Hacılı məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, rayonu təmsil edən deputatlar Bədəl Bədəlov və Anar Məmmədovun haqqında əslində reklam xarakteri daşıyan bu cür məlumatlarla tez-tez rastlaşır: "Belə paylaşımlar edərək saytlarda xəbər kimi yayılmasını təmin edən deputatlar demək istəyirlər ki, bunlar çox qayğıkeş deputatdırlar. Necə deyərlər, əsl millətin vəkilidirlər. Bəlkə də belədir, demək istəyərdim, ancaq deyə bilmirəm. Çünki dekabr ayının 5-də elə müəllimlərin özlərini reklam etdikləri sosial şəbəkı üzərindən Goranboy rayonu, Zeyvə kənd sakini - şəhid qardaşı və qazi Seyhun Resulovun problemi ilə bağlı yazmışdım. Həmin yazıda Goranboy rayonunu Milli Məclisdə təmsil edən deputları işarələyib, imkan daxilində kömək etmələrini xahiş etmişdim. Çox hörmətli deputatlar nəinki, Seyhun Rəsulova kömək etdilər, heç maraqlanmadılar belə".
Lakin Goranboy rayon İcra Hakimiyyəti və bu rayonu Milli Məclisdə təmsil edən deputatlar tez-tez rayon sakinləri ilə görüşlərini əks etdirən şəkilləri sosial şəbəkələrdə paylaşaraq vətəndaşlara qayğı göstərdiklərini reklam edirlər. Nəyə görə reklam edirlər yazdım? Çünki bu qədər qayğıkeş olsaydılar, ən azı qazi uşaqlarının məktəbə getməkdə çətinlik çəkməyinə laqeyid münasibət göstərməzdilər". Geri qayıt |