Əsas Səhifə > Manşet / Cəmiyyət > Cənab Mollayev, yeni ildə süfrə arxasında rahat otura biləcəksiniz?

Cənab Mollayev, yeni ildə süfrə arxasında rahat otura biləcəksiniz?


30-12-2025, 11:28

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 15. bəndində deyilir ki, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir!☝ Sabah ilin son günüdür. SOCAR AQŞ rəhbəri cənab Samir Mollayev işçilərin əmək haqqını ödəmədi!" "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra fikirlərini belə davam etdirir: "Üç aydır ki, işçilərin ailəsini maddi cəhətdən çətin duruma salan Samir Mollayev... sizə müraciət edirəm! Uşaqlarına bayram süfrəsi aça bilməyən işçilər arzu edirlər ki, Allah sizi və ailənizi ( o cümlədən ölkə qanunvericiliyini pozduğunuz halda sizi cəzasız qoyanları) də onların düşdüyü duruma salsın ki, bəlkə bu halda maddi çətinliyin, ailə qarşısında əlacsiz duruma düşməyin nə olduğunu hiss edəsiniz!
✅ARƏM maddə 310. -da yazılıb ki, rəhbər işçilər , bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172. 5-ci maddəsi: Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə onun əmək haqqnln azı bir faizi məbləğində ödənc verilməlidir.
✅Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.1-ci maddəsi: İşəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , ✅#NobelOilLtd., - 73.77% ,
Abşeron Qazma MMC -12.85%—.."

Geri qayıt