Əsas Səhifə > Manşet / Sosial > Binəqədi icra başçısından “bayram fürsəti”…
Binəqədi icra başçısından “bayram fürsəti”…5-01-2026, 10:51 |
|
Binəqədi rayonunda bayram tətilini fürsət bilənlər növbəti dəfə qanunsuz tikinti işləri həyata keçiriblər. Tribuna.az xəbər verir ki, belə tikintilərdən biri də bayram günlərində, heç bir dövlət qurumunun işləmədiyi, hər kəsin bayrama başı qarışdığı bir ərəfədə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov 40 ünvanında həyata keçirilib. Sakinlərin narazılığına səbəb olan qanunsuz və yöndəmsiz aparılan tikinti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətindən zənglərimizə cavab verən olmadı. Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir. O, rayona 2018-ci ildən başçılıq edir. Onun rayona başçılıq etdiyi müddət ərzində qanunsuz tikililərin sayının artdığı deyilir. Xatırladaq ki, uzun müddətdir bayram tətillərində qanunsuz tikinti işlərinin aparılması ənənəsi yaranıb. İşbazlar, icra hakimiyyətləri adətən qanunsuz tikintiləri dövlət qurumlarının işləmədiyi bayram tətilləri ərəfəsində gizli formada həyata keçirirlər. Bununla tikintinin böyük hissəsi bitmiş olur, dövlət qurumları da tikili barədə məlumatsız olduqlarını bildirərək məsuliyyətdən yayınmağa çalışırlar. Geri qayıt |