Əsas Səhifə > Manşet / Ölkə > “Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür
“Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür5-01-2026, 12:05 |
|
“Balakhani Operating Company” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayon sakinlərini məhkəmə qapılarında qoyub. Tribuna.az xəbər verir ki, Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company” şirkətinin Azərbaycandakı filialının qarşıdakı 1 ay ərzində Sabunçu rayonunda 16 məhkəmə işi var. Bu proseslərin hamısında iddianı “Balakhanı Operating Company” qaldırıb. Şirkətin qaldırdığı iddialarda işin mahiyyəti qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasıdır. Qeyd edək ki, bu, “Balakhanı Operating Company” şirkətinin vətəndaşlarla olan ilk məhkəmə çəkişməsi deyil. Bu proses 2 ildən artıqdır ki, davam edir. Narazılıq yaradan bu şirkətin fəaliyyətini millət vəkili Razi Nurullayev də çıxışlarının birində sərt tənqid etmişdi. Deputat çıxışı zamanı bildirmişdi ki, bu şirkət dövlətə deyil, ancaq öz cibinə xidmət edir. Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir. VİDEO BURADA: https://www.facebook.com/watch/?v=777626668518755 Geri qayıt |