Əsas Səhifə > Manşet / Cəmiyyət > Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi və..
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi və..7-01-2026, 12:13 |
|
Son illərdə Azərbaycanda onlayn mərc və qumar bazarında Misli.az adını tez-tez eşidilirdi — lakin bu platforma ilə bağlı yaranan narazılıqlar, hüquqi məsələlər və etibarlılıq sualları təqsid etdi ki, bu platforma öz etibarını itirib. Sosial şəbəkələrdə, ekspert məqalələri və müstəqil araşdırmalardakı tənqidlər də sübut edir ki, Misli.az-da ciddi problemlər var, o batmaq üzrədir. Tribuna.az xəbər verir ki, beynəlxalq şikayət və analiz saytı Scam Detector Misli.az-ı qiymətləndirərək çox aşağı bir etibar balı verib — yalnız 8.6/100. Bu, platformanın “riskli”, “şübhəli” və potensial olaraq fırıldaqçılıqla əlaqəli fəaliyyət göstərə biləcəyinə işarə edir. Sistem həmçinin, phishing, spam və digər təhlükə elementləri də aşkar edərək istifadəçiləri bu saytdan uzaq durmağa çağırır. � Azərbaycan media orqanlarında, sosial çəbəkələrdə də Misli.az-la bağlı şikayətlər geniş şəkildə işıqlandırılır. Qeyd olunur ki, bəzi istifadəçilər ölkənin yeganə qanuni mərc saytı olan Misli.az-ın onların pullarını mənimsədiyini, hesablarındakı balansı səhv göstərdiyini, bəzi hallarda isə istifadəçinin hesabını borclu kimi göstərdiyini iddia ediblər. Tənqidçilər həmçinin Misli.az-ı qanunları bilərəkdən pozmaqla ittiham edirlər. Hətta platformada elektron müqavilələr vasitəsilə məsuliyyətdən yayınmağa çalışıldığı da iddia edilir. Bütün bu deyilənlərdən sonra bildirməliyik ki, güclü etibar problemləri, real istifadəçi şikayətləri, və qanunvericiliklə bağlı narahatlıqlar platformanın “sadəcə populyar oyun saytı” obrazından uzaqlaşdığını göstərir. Geri qayıt |