Əsas Səhifə > Manşet / Sosial > Bəylər Eyyubovun qardaşı oğlu daha bir biznesini ƏLDƏN VERDİ
Bəylər Eyyubovun qardaşı oğlu daha bir biznesini ƏLDƏN VERDİ8-01-2026, 07:45 |
|
Bir neçə gün əvvəl məlum oldu ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktoru və qanuni təmsilçisi Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur. “DİA-AZ” olaraq xəbər verdik ki, o, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir. Xatırladaq ki, Samir Qibləliyev son təyinatadək Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsi rəisinin müavini vəzifəsində çalışıb. Qeyd edək ki, bundan əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru vəzifəsində Rəşad Daşdəmirov işləyib. Şirkətin faktiki rəhbəri isə Ruslan Eyyubov olub. Onların hər ikisi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. R.Daşdəmirov və R.Eyyubov qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində ittiham olunurlar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Və o, həbs olunduqdan sonra əlindəki biznesini itirə-itirə gedir.
O daha sonra bildirir: "“NB Qrup” ASC-nin əsası 2004-cü ildə qururlub. 6 ha ərazini əhatə edən şirkətin tərkibində 10 zavod fəaliyyət göstərir.
Bundan əvvəl Bəylər Eyyubovun qardaşı oğlunun faktiki rəhbəri olduğu "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktor və qanuni təmsilçiliyi ona verilib..."
Geri qayıt |