Əsas Səhifə > Manşet / Hadisə > “Xanlar” restoranında adamı heç NÖKƏR YERİNƏ DƏ QOYMURLAR...

“Xanlar” restoranında adamı heç NÖKƏR YERİNƏ DƏ QOYMURLAR...


8-01-2026, 09:35

"Qəbələdə "Xanlar" restoranı var... Yolunuz Qəbələyə düşsə və bu restorana üz tutsanız, bir qədər düşünün deyərdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aylin Elçin adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Ondan başlayaq ki, əvvəlcə boş yer axtarırdıq. Yanımızdan keçən bir ofisianta “harda boş yer olduğunu?” soruşanda “bilmirəm” cavabını aldıq... Maraqlı başlanğıc. Yer tapdıqdan sonra, eyni “uğurla” təxminən 30 dəqiqə ərzində bizə kimin xidmət edəcəyini axtardıq. 6-7 nəfər işcini səsləsək belə heckim yaxınlaşmayaraq ildırım sürəti ilə yoxa çıxırdı. Sonda restoranın nömrəsini tapıb zəng etdik və nəhayət bizə ofisiant yaxınlaşdı.
Yeməkdən sonra restoranın ərazisində bir az gəzmək və qarlı havadan zövq almaq qərarına gəldik. Daha sonra bu gəzintini isti çayla tamamlamak istədik. Bilirəm "cay" bəzi restoranların travmalı yeridir, hansı ki bu restoranda o siyahıya əlavə edildi... Ofisiant dediki çayı yeməkdən dərhal sonra içmək lazım idi (yerimizə belə qərar verdi), indi isə çətin ki, sizə çay verək. Menyuda çay nə üçündür, bu artıq başqa sualdır. Və niyə xırda şriftlə belə qeyd olunmayıb ki, çayı yalnız yeməkdən dərhal sonra içə bilərsiniz, qalan hallarda cay icmək qanuna ziddir...
Çıxışa doğru gedərkən bu müəssisənin sahibi Xanları gördük və tunelin sonunda işıq göründü. Düşündük ki, əməkdaşın mədəniyyəti və soyuq havadan sonra isti çayın dadı ürəyimizdə qaldığından bir balaca rəy bildirək. Kisa zamandan sonra Xanların sərxoş olduğunu anladım, komik və mənasız ifadələr edirdi və bütün davranışı ilə göstərdi ki, nə bizim çayımız, nə də şikayətimiz onu maraqlandırmır. Tunelin sonundakı işıq da belə söndü..."

Geri qayıt