Əsas Səhifə > Manşet / Sosial > Yasamal icra başçısı 8 aydır şəhid məzarına başdaşı qoymur
Yasamal icra başçısı 8 aydır şəhid məzarına başdaşı qoymur10-01-2026, 07:26 |
|
Şəhid həyat yoldaşımın cəsədi 30 ildən sonra tapılıb, 8 aydır Yasamal icra başçısı onun məzarına başdaşı qoymur “Şəhid həyat yoldaşımın cəsədi 30 ildən sonra tapılıb. Artıq 8 aydır ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən məzarına başdaşı qoyulmur.
1962-ci ildə Xızı rayonunun Altıağac kəndində anadan olmuş Məhərrəm Allahqulu oğlu Məmmədov Vətənin dar günündə tərəddüd etmədən cəbhəyə yollanan qəhrəmanlardan olub. Üç uşaq atası olan Məhərrəm Məmmədov 1992-ci ildə könüllü şəkildə döyüşlərə qatılıb və həmin vaxtdan itkin düşmüşdü. Aradan 30 il keçdikdən sonra onun nəşi tapılıb və 2025-ci ilin may ayında Bakıya gətirilərək II Fəxri Xiyabanda dəfn olunub. Lakin dəfndən aylar keçməsinə baxmayaraq, şəhidin məzarının üzərində hələ də baş daşı qoyulmayıb, qəbirüstü abadlıq işləri aparılmayıb. “Azərbaycan Reallığı”na müraciət edən şəhidin həyat yoldaşı Məmmədova Təranə Baxış qızı bildirir ki, Yasamal rayonu, Əhməd Cavad küçəsi 55 nömrəli ünvanda yaşayır və artıq 8 aydır Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aldadıldığını düşünür: “Məni davamlı olaraq get-gələ salırlar. Nə baş daşı qoyulur, nə də qəbirin üstü düzəldilir. Ailəmizə qarşı açıq-aşkar biganəlik nümayiş etdirilir.” Təranə xanım qeyd edir ki, dəfələrlə Prezidentə və aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlasa da, bu günə qədər ona hər hansı cavab məktubu təqdim olunmayıb. Şəhid ailəsi hesab edir ki, Vətən uğrunda canından keçmiş bir insanın xatirəsinə göstərilən bu laqeyd münasibət qəbuledilməzdir və məsələ dərhal nəzarətə götürülməlidir. Geri qayıt |