Əsas Səhifə > Manşet / Ölkə > "Bunlardan kimə şikayət edəsən?.."
"Bunlardan kimə şikayət edəsən?.."10-01-2026, 09:56 |
|
"Şikayətim "Paşa Sığorta"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mehdi Ilqarlı Əlizadə adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir:
"Sığortayla əməliyyat olunmalıýam. 3 gündür "PASHA Insurance"nın qaynar xətti olan *7000 -ə zəng vururam... Artıq 20 manatlıq konturum gedib, amma zəngə cavab verən yoxdur.
Paylaşdıqları postların rəylərinə baxıram: hamı mənim vəziyyətdədir... zəngləri açmırlar.
Kimə deyəsən... neynəyəsən... adam bilmir..."
Geri qayıt |