Əsas Səhifə > Manşet / Cəmiyyət > Bura kənardan rəhbər gətirməyə ehtiyac yoxdur...
Bura kənardan rəhbər gətirməyə ehtiyac yoxdur...11-01-2026, 07:40 |
|
"Siyəzənneft NQÇİ-nin işçisi Əliyev
Zamiq Qüdrət oğlu Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb. Bir nüsxəsi də"DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Mən Siyəzən rayon sakini Siyəzənneft NQÇİ-nin işçisi kimi rayon və idarənin inkişafı və mənfəəti eyni zamanda da gələcəyini düşünən bir vətəndaş olaraq idarəmizin çiçiklənməsi naminə Sizə müraciət edirəm.
Məlumunuz olduğu kimi Azərbaycan Respublikasının neft sənayesi, xüsusilə də quruda neft hasilatı sahəsi uzun illərdir ki, ölkə iqtisadiyyatının dayaqlarından biri olmuşdur. Bu sahədə fəaliyyət göstərən hər bir Neft-Qaz Çıxarma İdarəsinin idarə olunması yalnız vəzifə deyil, eyni zamanda yüksək məsuliyyət, peşəkarlıq və dövlətə sədaqət tələb edən bir missiyadır.
Siyəzənneft NQÇİ-də uzun illər ölkənin neft hasilatına töhfə vermiş, yüzlərlə təcrübəli neftçinin formalaşdığı mühüm istehsalat ocaqlarından biridir. Lakin mövcud geoloji-iqtisadi çətinliklər, köhnəlmiş fondlar və hasilatın sabit saxlanılması üçün artan tələblər bu idarədə rəhbərliyin rolunu daha da həlledici edir.
Bu baxımdan hesab edirəm ki, Siyəzənneft NQÇİ-nə neft-qaz istehsalatını dərindən bilən, texniki və geoloji proseslərə real nəzarət edə bilən, kollektivi arxasınca apara bilən, qərar qəbul edərkən şəxsi deyil, dövlət və istehsalat maraqlarını üstün tutan,hasilatın artırılması və quyuların səmərəli istismarı üçün konkret proqramlarla işləyən,intizamlı, prinsipial və yüksək idarəçilik qabiliyyətinə malik olan,işçilərlə əməkdaşlıq edən,yüksək təcrübə və stajı olan işçilərin fikir təkliflərini dinləyib nəzərə alan bu istiamətdə mühüm addımlar atan, idarənin dirçəlməsi üçün əlindən gələni əsirgəməyən səriştəli peşəkar idarə rəhbərinin təyin olunması hazırki vəziyyətdə Sizin tərəfinizdən mühüm addım olardı.Mənim şəxsi fikrim odur ki başqa yerlərdən idarəyə rəis təyin edilməsinə gərək yoxdur. Siyəzənnfet NQÇİ -də uzun illər fərqli vəzifələrdə işləmiş yüksək təcrübəsi olan Siyəzənnfet NQÇİ -nin sahələrini dərindən bilib tanıyan bu mühütə bələd olan yerli vəzifə sahiblərindən olması daha faydalı olar.
Ümüd edirəm ki, düzgün rəhbər seçimi Siyəzənnfet NQÇİ nin hazırki vəziyyətdə mövcud istehsalat potensialının bərpasına, neft hasilatının artımına,kollektivdə sağlam iş mühitinin formalaşmasına,texniki intizamın və məsuliyyətin güclənməsinə,
SOCAR-ın qurudakı yataqlar üzrə uzunmüddətli inkişaf strategiyasının reallaşmasına, SOCAR əsasnaməsinə və neft siyasətinə real töhvə verəcək.
Bu müraciətim istehsalatdan doğan narahatlığın ifadəsidir. Arzum ondan ibarətdir ki, Siyəzənneft NQÇİ yenidən güclü idarəçilik, ciddi nəzarət və peşəkar rəhbərlik hesabına öz əvvəlki istehsalat nüfuzunu bərpa etsin və dövlətimizə daha böyük fayda versin.
Hörmətli Rövşən müəllim. Ümüd edirəm müraciətimin diqqətə alınacaq və məsələyə dövlətçilik mövqeyindən yanaşılacaq və idarəmizə qeyd edilən üstünlük və keyfiyyətlərə malik idarə rəisnin təyin edilməsi üçün bizə dəstək olacaqsınız..."
Geri qayıt |