Əsas Səhifə > Manşet / Hadisə > "Bunlar "gizlin" nə işlər görürlər ki, onlara əlavə pullar ödənilir?"
"Bunlar "gizlin" nə işlər görürlər ki, onlara əlavə pullar ödənilir?"12-01-2026, 10:32 |
|
"SOCAR Müşahidə Şurasının sədri cənab Mikayil Cabbarova cavabı onun üçün çətin, həm də izah edə bilmə gücündə olmayan suallar var..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri bildirir ki, SOCAR-da uzun müddətdir çalışan işçilərdən biri haqlı olaraq aşağıdakı suallara cavab axtarır. M.Qəhrəmanlıya istinadla həmin neftçinin müraciətini olduğu kimi təqdim edirik:
"Hörmətli Mikayil müəllim, Neft-qaz sənayesi işciləri konkret - fəhlə və mühəndis heyəti olaraq sizlərə müraciət edərək bildiririk ki, 5 ildən çox bir müddətdə real bazar qiymətərində davamli artimlarin olmasina baxmayaraq bizim əmək haqqlarimizda heç bir zəruri artim edilmir. Amma məxvi mənbələrdən çatan məlumatlardan bəlli olur ki,
Cənab Mikayıl Cabbarov, SOCAR Müşahidə Şurasi yaradildi ki, səffafliq təmin olunsun. Elə isə konkret vəzifə sahiblərinə verilən bu gizlin ödənislər nədir bəs?
Xahiş edirik bu məsələyə rəsmi münasibət bildirəsiniz..."
Geri qayıt |