Əsas Səhifə > Manşet / Cəmiyyət > “TƏBİB-in qurduğu sistem insanları xəstəxanalıq edir”
“TƏBİB-in qurduğu sistem insanları xəstəxanalıq edir”12-01-2026, 10:56 |
|
TƏBİB-in qurduğu bu sistem insanları sağaltmaq əvəzinə onlara yeni-yeni xəstəliklər tapdırır. Heç olmasa, buna görə xəcalət hissi keçirirsiniz mi? Bir neçə analiz üçün səhər tezdən ac formada günortaya qədər qapı-qapı gəzmişəm. Tribuna.az xəbər verir ki, bu sözləri TƏBİB-in qurduğu sistemi sərt sözlərlə tənqid edən və saatlarla analiz üçün vaxt itirən Masallı sakini, müəllim Cəmaləddin Əlizadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, onun kimi onlarla insan növbədə gözləyərkən həkimlər iclasa girib: “Şənbə günü növbəti müayinə üçün Masallı rayon Mərkəzi Xəstəxanasına getdim. Əvvəlcədən xəstəxana mühitini və oradakı xaosu onsuz da bilirdim. Lakin yeni hoqqadan əsla xəbərim yox idi. Həkimimin qəbuluna düşmək üçün əvvəlcə anket götürməli idim. Növbəyə qaldım və deyiləsi mümkün olmayan bir zülmlə anketi götürüb, öz həkimimin növbəsinə qaldım. Növbəyə qalanda məlum oldu ki, həkimlər baş həkimin “5 dəqiqəlik” iclasına gediblər və bu 5 dəqiqəlik iclas düz bir saat çəkdi. Həkim gəldi və yenə də eyni müsibətdən sonra həkiminin qəbuluna düşə bildim. Bundan əvvəlki müayinədən bilirdim ki, həkim ənənəvi olaraq müvafiq analizləri yazıb, məni laboratoriyaya göndərəcək. Sən demə yox, bu ildən yeni Amerika kəşf olunubmuş və mən öz həkimimlə yanaşı terapevtin də qəbulunda olmalı, analizlərin bir hissəsini də terapevt yazmalıymış. Geri qayıt |