Əsas Səhifə > Manşet / Sosial > Sadiq Əliyev Məşğulluq Agentliyini yarıtmışdı ki...
Sadiq Əliyev Məşğulluq Agentliyini yarıtmışdı ki...13-01-2026, 06:38 |
|
Məqalədə daha sonra deyilir: "Əvvəlki İdarə Heyyətinim Sədri Mustafa Abbasbəyliyə yaxın olan bütün kadrları işdən çıxartdı. Halbuki Mustafa müəllim yaxşı korporativ idarəetmə sistemi yaratmışdı. Kadrların seçimi sırf imtahan və müsahibə nəticəsi əsasında olurdu Adi mütəxəssisi belə Sadiq müəllimin göstərişi olmadan HR işə götürə bilmədi. Əməlli başı açıq "adamı" olanlar vəzifəyə təyin olunmağa başladı. Bütün Agentlikdə hamı özünə "adam" axtarmağa başladı ki ya işdən çıxarılmasın, ya da vəzifə təyinatı olsun. Agentlikdə çox pis ab-hava hökm sürürdü. Halbuki bu Agentlik birbaşa sosial vəziyyəti çətin vətəndaşlarla çalışır. Burda əməkdaşın da yüksək bacarıq və təcrübəsi önəmlidir. Adi bir fakti deyək: Sadiq Əliyev sədr təyin olunanda Agentlikdə 4 nəfər "Yüksəliş" müsabiqəsinin qalibi çalışırdı. Hal-hazırda onların heç biri Agentlikdə qalmayıb. Halbuki cənab Prezident "Yüksəliş" müsabiqəsi ilə bağlı hər il fərman verir, pul ayırır orda qalib olanlara bütün dövlət və özəl sektorlarda işə götürülmısinə dəstək olunur. Məsələn, sinif yoldaşı Vüqar Xəlilovu "Bakı Peşə Mərkəzinə" Direktor təyin edib, qrup yoldaşı Nadir Kərimovu özünə müşavir təyon edib. Heç 1 gün də Daxili Nəzarətdə işləməyən Elnur Qaımovu Daxili Nəzarət və Audit şöbəsinə Departament müdiri təyin edib. Bu cür təyinlatlar onlarladır. Ən əsası da sədr gələndə özünə yeni müavin təyin etdiyi Hasil Abasovu da öz yerinə sədr Təyin etdirməyi bacardı. Ümid edirik ki Hasil müəllim kadr məsələsində ədalətli davranacaq və öz tanışlarını, yerlilərini vəzifəyə gətirməyəcək. DAVAMI OLACAQ... Geri qayıt |