Əsas Səhifə > Manşet / Sosial > Hərbi əlil ÇARƏSİZ DURUMDA...
Hərbi əlil ÇARƏSİZ DURUMDA...15-01-2026, 10:10 |
|
"393 manat pensiyadan başqa gəlir yerimiz yoxdur. Dolana bilmirik. Maddi durumunuz çox çətindir. Oğlum Əliyev İslam Emin Oğlu sudurğa -epilepsiya xəstəsidir. Dərmanlarını ala bilmirəm. 2019-cu ildə Goranboy rayonunun Özünə Məşğulluq İdarəsində qoyunçuluqla məşğul olmaq üçün dövlət dəstəyi üçün müraciət etdim. Gəlib şəratimə baxış keçirdilər. Dedilər, sorğuya çagıracıyıq. 6 il məni yola verdilər məni. Goranboy rayonunun Özünə Məşğulluq İdarəsində oldum. İqbal müəllimlə Fərid müəllim dedi ki, sənə dəstək düşmür. Sən əmək qabiliyyətinə yararlı deyilsən. Mən başa düşmədim, 3 uşaq saxlaya bilərəm, amma heyvan saxlaya bilmərəm? 2024-cü il fevralın 9-da yoldaşım Mehtiyeva Aysel Vahid qızının adını Goranboy rayonunun Özünə Məşğulluq İdarəsində qoyunçuluqla bağlı növbəyə yazdırdım. 2 dəfə şəraitmə baxış keçirdilər, 1 dəfə müdir Anar Əliyev və nümayəndəsi Fərid müəllim şəraitimə baxış keçirdilər. Dedilər, Bakıdan yoxlama gələcək. Bakıdan da yoxlamalar gəldi. Şəraitimə baxış keçirdilər. Təlim də... imtahan da olub, amma yenə heyvan vermirlər. Deyirlər ki, paylanış yoxdur. Paylanış yoxdursa, Abşeron rayonunda mal paylanışı olub, bu necə olur?" Sonda vətəndaş əlaqədar qurum və təşkilatlardan köməklik göstərilməsini xahiş edir... Geri qayıt |