Əsas Səhifə > Manşet / Ölkə > "Zəng edəndə "nağıl" danışıb yola verirlər..."
"Zəng edəndə "nağıl" danışıb yola verirlər..."15-01-2026, 11:18 |
|
"Bir şirkət təsəvvür edin ki, həm pulunuzu alır, həm sənədinizi it-bata salır, həm də zənginizə cavab vermir. SöhbətAzeri Express-dən gedir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aytac Z. Cəfərova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "06.01.2026 tarixində onlara bir sənəd etibar etdim. Üstündən 9 gün keçib, amma sənəd hələ də yoxdur!
Şirkətin "müştəri xidməti" strategiyası isə möhtəşəmdir. Mailləri görməzdən gəlirlər, zəng edəndə "nağıl" danışıb yola verirlər, dispetçer nömrəsi verirlər, amma o dispetçer, deyəsən, telefonu sadəcə dekorasiya kimi saxlayır. Açan yoxdur!
Sənədin gecikdiyi hər dəqiqə mənə ziyan vurur.
Azeri Express rəhbərliyinə səslənirəm: Mənim sənədim haradadır? Əgər o sənəd itibdisə və ya vaxtında çatmadığı üçün mənə zərər dəyirsə, məsələni məhkəmə müstəvisinə daşıyacağam.
Dostlar, ehtiyatlı olun. Hüquqi və ya vacib sənədlərinizi bu şirkətə etibar etməzdən əvvəl bir daha düşünün".
Geri qayıt |