Əsas Səhifə > Manşet / Gündəm > Daha bir rektorun BAŞI CƏNCƏLDƏ
Daha bir rektorun BAŞI CƏNCƏLDƏ16-01-2026, 06:50 |
|
4 noyabr 2024-cü il tarixdə Texnologiya Universitetinə rektor təyin olunan Yaşar Ömərov, öz şəxsi iş maraqlarına uyğun rektorluq edir. "DİA-AZ" xəbər verir ki, bu barədə "yerli.media"da yer alan məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Sözügedən şəxsin barəsində hal-hazırda Gəncə Şəhər Prokururluğunda maliyyə pozuntusu, külli miqdarda, dövlət pulunun mənimsənilməsi ittihamları ilə araşdırma aparılır. Nəzərinizə çatdıraq ki, Maliyyə Nazirliyinin məktubu əsasında araşdırma istintaqa verlibdir. Bununla bağlı hətta Texnologiya Universitetinin çoxlu sayda müəlliminin izahatı alınıb. Qeyd edək ki, eyni zamanda 26 Sentyabr 2025 ci ildə Texnologiya Universitetinin Tədris işlər üzrə müdiri Cəsarət Şabanovun, dekan və digər rəhbər şəxslərdə istintaqa cəlb olunublar. .... Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun bəxti onda gətirir ki, cəzasız qalır. Onun havadarımı var? Əlbəttə havadarı var, bu barədə gələn yazımızda daha dolğun məlumatları təqdim edəcəyik. Maliyyə pozuntusu barədə isə onu əlavə edək ki, hal-hazırda bir milyon beş yüz min manat məbləğində vəsaitin aqibəti ilə bağlı hansısa hüquqi araşdırma aparılmır. Amma hələlik..." Geri qayıt |