Əsas Səhifə > Manşet / Cəmiyyət > Siyəzən təhsilində baş verənlərə niyə GÖZ YUMULUR?

Siyəzən təhsilində baş verənlərə niyə GÖZ YUMULUR?


17-01-2026, 04:29

"Mən, Nuranə Məhərrəmova Siyəzən şəhər 6 nömrəli məktəb liseydə rus bölməsi üzrə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm". "DİA-AZ" xəbər verir ki, bu barədə narazı vətəndaş ölkə rəhbərliyinə etdiyi müraciətində qeyd edir.
Müraciətdə daha sonra deyilir: "Son bir il ərzində məktəbdə yol verilmiş çoxsaylı qanunsuzluqlar, korrupsiya və idarəetmədə özbaşınalıq halları ilə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə Quba Xaçmaz Regional Təhsil İdarəsinə və Siyəzən rayon prokurorluğuna rəsmi müraciətlər etmişəm
Bu müraciətlərim üzrə məktəbin direktor əvəzi Nərmin Cəfərova barəsində Regional Təhsil İdarəsi tərəfindən xəbərdarlıq, töhmət və şiddətli töhmət verilmiş, Siyəzən rayon prokurorluğu tərəfindən isə inzibati tənbeh,və 2025ci il sentyabr ayında yenidən töhmət tətbiq edilmişdir Lakin buna baxmayaraq,məktəbdə mövcud qanunsuzluqlar aradan qaldırılmamış əksinə davam etməkdədir.
Qeyd etməyi vacib hesab edirəm ki, etdiyim müraciətlər üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məsələ faktiki olaraq Siyəzən rayon prokurorluğuna ötürülmüş Siyəzən rayon prokurorluğu isə öz növbəsində müraciətləri Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevə göndərmişdir ,və Cosqun müəllim bütün bu məsələdə hələ ki,səssiz qalmaqdadır. Nəticədə müraciətlərimin mahiyyəti üzrə araşdırma aparılmamış cavablar isə yalnız formal xarakter daşımış, məsuliyyət bir qurumdan digərinə ötürülmüşdür
Bildirmək istəyirəm ki Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tabeliyində olan təhsil müəssisəsində baş verən ciddi pozuntulara baxmayaraq heç bir real tədbir görməmiş məktəb rəhbərliyinin qanunsuz hərəkətlərinə göz yummuş və faktiki olaraq bu halları ört basdır etmişdir
Siyəzən Rayon Təhsil Sektoru əməkdaşları tərəfindən aparılmış yoxlamalar zamanı məktəbdə yenidən kifayət qədər nöqsanlar aşkar edilmiş bu nöqsanlarla bağlı müəllimlərdən birbaşa Coşqun Əliyevin adına izahatlar alınmışdır Lakin bu izahatlara baxmayaraq məktəbin faktiki rəhbəri olan direktor əvəzi Nərmin Cəfərovaya hər hansı intizam və hüquqi tədbir görülməmişdir
Yuxarıda göstərilənlər açıq şəkildə göstərir ki, Quba Xaçmaz Regional Təhsil İdarəsi üzərinə düşən nəzarət funksiyasını yerinə yetirmir və vəzifəli şəxslər arasında qarşılıqlı himayədarlıq mövcuddur nəticədə qanun pozuntuları bilərəkdən cavabsız saxlanılır
Azərbaycan Respublikasının Konstitusiyasının Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən xahiş edirəm, Quba Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin hərəkətsizliyi və qanunsuzluqlara göz yumması faktları üzrə prokurorluq yoxlaması aparılsın, Siyəzən şəhər 6 nömrəli tam orta məktəb liseyində aparılmış yoxlamalar zamanı aşkar edilmiş nöqsanların niyə nəticəsiz qaldığına hüquqi qiymət verilsinvə direktor əvəzi Nərmin Cəfərovanın fəaliyyəti və məsuliyyəti araşdırılaraq,vəzifəli şəxslərin üzərlərinə düşən qanuni vəzifələri yerinə yetirməməsi faktları təsdiq olunduğu halda barələrində qanunvericiliyə uyğun tədbirlər görülsün".

Geri qayıt